SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Müsavat seçkiləri tanımadı

Müsavat seçkiləri tanımadı

Tarix:

13-04-2018, 11:28

/ 1 192 dəfə oxundu.
Müsavat seçkiləri tanımadı

Müsavat Partiyası növbədənkənar prezident seçkisinin nəticələrini tanımır.

Bununla bağlı bu gün Müsavat Partiyasının Mərkəzi Qərargahında keçirilən mətbuat konfransında partiyanın mövqeyi açıqlanıb. Müsavat Partiyası hesab edir ki, 2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri azad və ədalətli olmayıb. Növbədənkənar Prezident seçkilərinin nəticələri xalqın azad iradəsini ifadə etməyib.
Mətbuat konfransında ölkədəki antidemokratik seçki mühitinin mövcud olmasından danışan Müsavat başqanı Arif Hacılı jurnalistlərin suallarını cavablandırıb.
Toplum TV-nin əməkdaşı İlqar Qurban “Seçkidə baş vermiş qanun pozuntuları barədə beynəlxalq təşkilatlara məlumat veriləcəksizmi” sualına cavab verən Arif Hacılı bildirib ki, “ATƏT və AŞPA-nin müşahidə missiyasının nümayəndələri ilə görüşlərimizdə bu məsələləri qaldırmışıq, yenə də, qaldıracağıq.”
BBC müxbirinin aprelin 14-nə təyin olunmuş ümumxalq mitinqi ilə bağlı sualına cavab olaraq Arif Hacılı bildirib ki, Başı Şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı ünvanlanmış müraciətinə müsbət cavab verilməməsinə hər-hansı səbəb yoxdur.
Əgər növbədənkənar parlament seçkiləri keçirilərsə, Müsavat Partiyası bu seçkilərdə iştirak edəcəkmi?
Bu sula acavab verən Arif Hacılı bildirib ki, Müsavat Partiyası həmişə seçkiyə maraqlı bir təşkilat olub: “Əgər normal seçki mühiti yaradılarsa, Müsavat bu seçkilərdə iştirak edə bilər”.
“Basta” əməkdaşının “ATƏT və AŞPA nümayəndələrinin öz hesabatlarında müşahidə etdikləri vəziyyəti obyektiv qiymətləndirəcəklərinə ümid edirsinizmi” sualına, Arif Hacılı belə cavab verib:
“ATƏT və AŞPA nümayəndələrinin aralıq hesabatlarında vəziyyətə ümumi münasibət bildirib. Missiyanın tərkibi böyükdür. Ümid edirəm ki, onların arasında vəziyyəti başa düşən, prinsipial mövqeyi olan şəxslər yekun hesabatın obyektiv olmasını təmin edəcəklər”.
Müsavat seçkiləri tanımadı
Müsavat seçkiləri tanımadı
Müsavat seçkiləri tanımadı
Müsavat seçkiləri tanımadı

Şərhlər

XƏBƏR LENTİ