SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlqar Altay prezident seçkiləri ilə bağlı dünya birliyinə müraciət etdi - MƏTN

İlqar Altay prezident seçkiləri ilə bağlı dünya birliyinə müraciət etdi - MƏTN

Tarix:

12-03-2018, 18:09

/ 1 767 dəfə oxundu.
İlqar Altay prezident seçkiləri ilə bağlı dünya birliyinə müraciət etdi - MƏTN

Tanınmış ictimai-siyasi xadim, Hüquq doktoru İlqar Altay (Məmmədov) 11 aprel 2018-ci ildə keçirləcək növbədənkənar prezident seçkiləri ilə bağlı dünya birliyinə müraciət edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

AZƏRBAYCAN RESPUBLİKASINDA KEÇİRİLƏN NÖVBƏDƏNKƏNAR 2018-Cİ İL 11 APREL PREZİDENT SEÇKİLƏRİNİN QANUNSUZLUĞU-LEGİTİMSİZLİYİ BARƏDƏ DEMOKRATİK DÜNYA BİRLİYİNƏ MÜRACİƏT

Avropa Şurasının Parlament Assambleyasına;
Avropa Parlamentinə;
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına;
BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə;
ABŞ Dövlət Departamentinə
Almaniya FR Bundestaqına
ABŞ və Avropa Birliyi Dövlətlərinin başçılarına:

Hörmətli xanımlar və cənablar!

Mən – Azərbaycan Resublikasının vətəndaşı, İctimai Tədqiqatlar Mərkəzi ictimai birliyinin sədri, hüquq doktoru İlqar Altay (Məmmədov) Azərbaycan Resublikasında xalqın iradəsi və Konstitusiya tələbləri əleyhinə keçirilən və prezidentliyə namizədliyə iddialı şəxs olaraq mənim də hüquqlarımı pozmuş qanunsuz 2018-ci il 11 aprel növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı sizlərə müraciət edirəm.

Bildirmək istəyirəm ki, aşağıdakı şərtlərə görə bu seçkilər hüquqi, ictimai və mənəvi baxımdan və Azərbaycan dövlətçiliyi qanunlarına, xalqının istəyi və iradəsinə, seçicilərin və seçilənlərin hüquqlarına ziddir. Bu seçkilər faktiki olaraq bir nəfərin, prezident İlham Əliyevin 4-cü dəfə yenidən prezident olması üçün manipulyativ və ədalətsiz şərait yaradır, aşağıdakı səbəblərə görə:

1. Azərbaycan Konstitusiyasında Azərbaycan Prezidentinin növbədənkənar 11 aprel 2018-ci il tarixli prezident seçkiləri keçirilməsi barədə 5 fevral 2018-ci il tarixli sərəncamına uyğun, seçki legitimliyini təmin edəcək kifayət qədər hüquqi əsaslar yoxdur.

Prezident sərəncamının istinad edildiyi Konstitusiyanın 101-ci maddəsinin 1-ci bəndinin “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” ikinci cümləsi ilə, belə bir fövqəladə və dövlət-xalq əhəmiyyətli növbədənkənar tədbir üçün konkret hüquqi əsas və səbəb göstərilmir. Konstitusiyanın başqa heç bir yerində də bu göstərilmir. Amma mütləq göstərilməli idi, dünyadakı bütün bu cür növbədənkənar seçkilərə konkret əsaslar olduğu kimi. Ona görə Konstitusiya Məhkəməsi təcili bu məsələyə baxmalı və Əsas Qanunda olan bu yöndəki boşluqlar barədə xüsusi izah, şərh və qərar verməlidir. Bu seçkinin təyin və keçirilməsinin nə dərəcədə Konstitusiya hüququna müvafiq olması qanuni aydınlaşdırılmalıdır. Lazım gəlsə, bu məsələnin qanuni və hüquqi tənzimi üçün seçkilər dayandırılmalı, Seçki Məcəlləsinə bu barədə müvafiq tənzimedici və hüquqverici əlavələr edilməlidir, çünki məcəllədə də bu yoxdur. Seçki Məcəlləsinin 178.2. bəndinə görə Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir, ancaq seçki gününü prezident öz sərəncamında konkret qeyd edib ki, bu da qanuna uygun deyil.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 11 aprel 2018-ci il tarixdə növbədənkənar prezident seçkiləri keçirilməsi barədəki 6 fevral 2018ci il tarixli qərarı əsassız və qanunsuzdur.

Mərkəzi Seçki Komissiyası 6 fevral 2018-ci il tarixli növbədənkənar seçkilərin təyini qərarında öz müstəqil ali qürum və düşünmə səlahiyyətini kənara qoyub avtomatik, prezidentin bu barədəki 5 fevral 2018ci il tarixli sərəncamına və Azərbaycan Resublikasının Seçki Məcəlləsinin 179.2 maddəsinə istinad etməkdə səhv və qanunsuz addım atıb. Çünki, bu maddə Konstitusiya təqviminə uygun növbəli seçkilərin tənzimi üçün nəzərdə tutulub, növbəsiz seçkilər üçün yox. O mənada ki, bu seçki təyini qərarı ilə seçki startı günü arasında cəmisi 5 gün vaxt qalmış olur. Seçkilərin Konstitusiyada göstərilən 17 oktyabr 2018ci il tarixinə keçirilməsini bilən prezidentliyə namizədliyə iddialılar üçün seçki təyini və bir həftə sonrakı start problem deyil. Çünki seçki tarixi əvvəlcədən məlumdur və təyin gününü də təxmin edirlər. Qəflətən seçki tarixinin dəyişməsi və ardınca da, 5 gündən sonra seçki marafonuna start verməsi ilə MSK namizədliyə iddialıların hüquqlarını kobud pozub. O mənada ki, onlar məzuniyyətdə, ezamiyyətdə, xəstəxanada müalicədə, uzaq xaricdə ola bilmələri ilə fiziki çatdıra bilməzlər seçkinin yeni tarixini qəflətən eşidib. Hesab edirəm ki, MSK bunları nəzərə alıb, Prezident və Konstitusiya Məhkəməsi ilə məsləhətləşib seçkiləri heç olmasa 1-2 ay sonraya, may-iyun dövrünə təyin etməli idi. Bununla mənim də Konstitusiya üzrə seçilmə-passiv seçki hüququ olan vətəndaş kimi seçki hüququm pozulub. Belə ki, seçkilərin qanuni təqvim üzrə 17 oktyabr 2018-ci il tarixdə keçiriləcəyinə arxayın olaraq seçki təyini vaxtı xarici ölkədə klinikada cərrahi əməliyyat üçün müayinədə olmuşam və seçki marafonuna çata bilməmişəm. Namizədliyə iddialı olmağımın təsdiqi:

- http://qafqazinfo.az/…/daha-bir-sexs-prezidentliye-iddiasin…...
- http://news12.az/…/422-lqar-altay-da-prezidentliy-namizd-ol….......
- https://www.meydan.tv/az/site/news/27391/

3. Azərbaycan Resublikası Prezidentinin Konstitusiyada təsbit edilmiş qanun üzrə 17 oktyabr 2018-ci il prezident seçkilərinin vaxtını 6 ay əvvələ, 11 fevral 2018-ci il tarixə dəyişdirib, qəflətən növbədənkənar prezident seçkiləri elan etməsinin səbəbini xalqa, ictimaiyyətə inadla açıqlamamsı seçkilərin əsaslı olmasını və ya məkrli planlaşdırılmasını və ya şəffaf, azad və demokratikliyini şübhə altına salır.

Prezidentin növbədənkənar prezident seçkiləri barədə sərəncamında bu fövqəladə qəfləti dəyişikliyin səbəbinin göstərilməməsi, Konstitusiyada da buna səbəb-əsas göstərilməməsi, sonrakı MSK qərarının və hakimiyyətin ən yuxarı eşelonundakı təmsilçilərinin belə bu səbəbi konkret göstərə bilməməsi seçicilər və seçilənlər, bütün xalq və cəmiyyət üçün dərin müəmma və narahatlıq, eləcə də nigarançılıq, stress-şok yaradır. Xalqın seçki əhvalını, seçim iradəsini heçə endirir. Artıq seçki təyini sərəncamından 5 həftədən çox keçməsinə baxmayaraq, seçkilərin birdən-birə 6 ay qabağa çəkilməsinin səbəbi və izahı barədə nə Prezidentin xalqa müraciəti, nə onun sözçülərinin və ya ölkənin yuxarı şəxslərinin dövlət adından konkret rəsmi açıqlaması olmayıb.

Bu da, bu dəyişiklikliyin dövlət sirrindən də çox şəxsi sirr olması, dəyişiklik səbəbinin müxtəlif cür yozulması, müharibə və ya başqa təhlükə ilə və ya hakimiyyətin seçki ilə bağlı məkrli planları olması və s. əlaqələndirilir. Bu isə, xüsusi ictimai gərginlik yaratmaqla seçkilərin keyfiyyət və effektliliyinə mütləq olaraq təsir edir, beyin-düşüncələrdə bu seçkiləri iqnor vəziyyətə salır. Çünki dünya seçki praktikasında heç bir xalq, cəmiyyət, seçən və seçilən təbəqənin növbədənkənar prezident seçkisi kimi fövqəladə hal ilə rastlaşması və üstəlik səbəbindən də qəti olaraq malumatsız qalması halına rast gəlinməyib. Xalqın adı ilə keçirilən bu növbəsiz seçkilərdə xalqa qarşı belə bir görünməmiş saymazlıq, sayqısızlıq, insanlarda seçkilərin azad və demokratikliyinə inamı, seçki ruhunu öldürür.

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin keçirilməsini mümkünsüz edən bütün bu faktları nəzərə almadan, seçkilərə start verməklə Konstitusiyanı və seçki Qanununu pozub. MSK-nın bu əsassız və qanunsuz qərarı ilə nəinki passiv hüququ olan seçilənlərin və mənim, həm də xalqın seçici çoxluğunun iradəsinin qapanması ilə hüquqları pozulmuş olur. Bu gedişatla bu cür qanunsuz əsaslarda qeyri-legitim seçki keçirilməsinin motivində hakimiyyətin İlham Əliyevin xeyrinə qanunsuz mənimsənilməsi durmasının müəyyən olunduğu halda, bu pozuntu əməlində MSK-nın da payının, iştirakının sübut oluna bilməsi şübhəsizdir.

MSK belə bir qanunsuz və əsassız qərarı, Prezidentin növbədənkənar seçkilərin keçirilməsi sərəncamını heç bir müstəqil düşüncə və hərəkət ortaya qoymadan olduğu kimi təsdiq etməsi deməkdir. Bu da onu göstərir ki, MSK-nın əsassız və qanunsuz qərarında əsas motiv Prezident İlham Əliyevin iradəsinin əksinə getməmək və onun növbədənkənar seçkilərdə namizədlərdən birisi olaraq bu seçkiləri keçirmək kimi özündən başqa heç kimə məlum olmayan sirrli maraq və məqsədini təmin etmək olmuşdur.

Belə bir vəziyyətdə Mərkəzi Seçki Komissiyasının Növbədənkənar Prezident Seçkiləri keçirilməsi barədəki 06 fevral 2018ci il tarixli qərarı qanunsuz hesab edilib ləgv olunmalıdır.

Bütün bu göstərilənlərlə bağlı mən bir İctiami Təşkilat rəhbəri və przidentliyə namizədliyə iddialı şəxs kimi Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmişəm:

http://avropaninsesi.com/az%C9%99rbaycanda-kciril%C9%99c%C9…
http://www.gurbanmammadov.com/ilqar-altayin-prezident%C9%9…/

Mərkəzi Seçki Komissiyasının seçkilərin təyini və keçirilməsi barədə qərarından məhkəməyə şikayət etmişəm. https://www.meydan.tv/az/site/news/27612/

Göstərilənlərə əsaslanaraq,

XAHİŞ EDİRƏM

- Azərbaycanda 11 aprel 2018-ci il tarixdə növbədənkənar Azərbaycan Resublikası Prezidenti seçkiləri keçirilməsini prezidentliyə namizəd (və movcud Prezident) İlham Əliyevin maraqlarına uygun nəzərdə tutulmaqla qanunsuz, antidemokratik və qeyri-legitim hesab edərək seçkiləri və onun nəticələrini tanımayasınız.

- Növbədənkənar seçkilərin dayandırılıb, bu cür seçkiləri keçirmək üçün Konstitusiya və Seçki Məcəlləsindəki qanunvericilikdə olan bütün boşluqların düzəldilməsi və qanuni əsaslar yaranmasınadək təxirə salmasını, demokratik qaydalara uygun yeni qanuni, ədalətli seçki şəraiti yaradılması və keçirilməsini Azərbaycan hakimiyyətindən tələb edəsiniz.

Sizin Azərbaycan Respublikasında demokratik, sivil, qanuni siyasi rejimin qurulmasında maraqlı olduğunuzu əməli nümayiş etdirəcəyinizə, xalqımızı bu beynəlxalq hüquq normalarını, insan hüquqlarını tapdalayan antidemokratik diktatura avtoritarizmi rejimi ilə mübarizədə tək qoymayacağınıza ümid edirəm.

Göstərəcəyiniz diqqət və qəbul edəcəyiniz ədalətli qərara görə, öncədən minnətdarlığımı bildirirəm.

Hörmət və ehtiramla,

İlqar Altay (Məmmədov) Hüquq doktoru. İctimai Tədqiqatlar Mərkəzi, 12 mart 2018-ci il.

Şərhlər

XƏBƏR LENTİ