yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Seçkiyə qalan 40 gün - üç böyük güc hansı mövqedədir?

Seçkiyə qalan 40 gün - üç böyük güc hansı mövqedədir?
2-03-2018, 09:53 346 dəfə baxılıb

Politoloq: “Seçki ilə bağlı Avropa İttifaqının və ABŞ-ın ilkin münasibətləri namizədlərin qeydiyyatından sonra olacaq”

Azərbaycanda növbədənkənar seçkiyə ölkəmizdə marağı olan böyük güclərin reaksiyasının necə olduğu və hansı mövqedə olduqları hələ tam aydın deyil.

ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı deyib: “Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin. ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir”.
ABŞ səfiri səfiri Robert Sekuta isə seçki ilə bağlı açıqlamasında belə deyib: “ABŞ dövlət katibinin köməkçisinin müavini Bricet Brink Azərbaycanda səfərdə olarkən seçkilərlə bağlı müəyyən fikirlər səsləndirdi. Mən isə bizim dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad etmək istəyirəm. O bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətlə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirərək fikrimizi açıqlayacağıq”.

Avropa Birliyi isə tamamilə susur, seçki ilə bağlı hər hansı mövqe ifadə edilməyib.

Rusiya isə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dili ilə “Seçki Azərbaycanın daxili işidir” deyə münasibətini ortaya qoyub.

Bəs indiyə qədər verilən reaksiyalar, o cümlədən susqunluq qarşıdakı dövr üçün nə vəd edir? Adıçəkilən güclərin mövqeyi necə olacaq?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İlham Əliyev prezident seçkisini aprelin 11-nə təyin etməklə müxtəlif ölkələri və mərkəzləri çaşqın vəziyyətə saldı. Azərbaycanda hər zaman seçki prosesinə üç mərkəz diqqətlə yanaşıb. Bu ABŞ, Avropa Birliyi və Rusiyadır. ABŞ və Rusiya seçki prosesinə bu və ya digər şəkildə təsir etməyə çalışıblar, Avropa Birliyi isə prosesə seçkidən sonra rəy verib. Bu dəfə tam fərqli situasiya yaranıb: “ABŞ rəsmiləri və diplomatları 11 aprel prezident seçkisinə xüsusi maraq göstərmirlər, sadəcə, deyirlər ki, seçkilərin şəffaf və ədalətli keçməsini istəyirlər. Rusiyanın başı özünə qarışıb, martda bu ölkənin özündə prezident seçkisidir, indi kampaniyanın ən aktiv dövrüdür. Yəni Rusiyadakı mərkəzlər 2013-cü ildə olduğu kimi, Azərbaycandakı seçki prosesinə qarışa bilməyəcəklər, keçmişdə var olan ”milyarderlər ittifaqı"nı formalaşdırmayacaqlar. Buna vaxt da yoxdur. Həm də ki, hazırda Rusiya Azərbaycanla əməkdaşlıqdan razıdır, niyə hansısa dəyişikliyə maraq göstərsin ki? O ki qaldı Avropa Birliyinə, Brüssel Azərbaycanın indiki hakimiyyəti ilə əməkdaşlığını davam etdirir, ortaq enerji layihələrinin icrası prosesi davam edir, ticarət mübadiləsi artır. Ona görə də Avropa Birliyi rəsmiləri və diplomatları hansısa detalı əllərində rəhbər tutaraq Azərbaycan hakimiyyətini seçkiqabağı vəziyyətə görə tənqid etmək istəmirlər. Digər tərəfdən, rəsmi Bakı Avropadakı bir çox təşkilatı seçkini müşahidəyə dəvət edib. Yəni narazılıq üçün hazırda zəmin də yoxdur".

Politoloq Elşən Mustafayev də bildirdi ki, ölkədə prezident seçkisinin bu ilin oktyabrından aprel ayına salınması Azərbaycan daxilində nə qədər gözlənilməz oldusa, Qərb üçün ondan da artıq gözlənilməz oldu. Susqunluğun isə səbəbləri var: “Seçkinin vaxtının dəyişdirilməsi səbəblərinin inandırıcı olub-olmamasını, bununla bağlı hələ də mübahisələrin və müzakirələrin getdiyini bir kənara qoysaq, prosesin özü konstitusiyaya uyğun olaraq aparılıb. Avropa İttifaqının susqunluğunu da ilk baxışda bu aspektdən görürəm. Amma adətən seçkilər öncəsi Qərb institutları, xüsusilə Avropa İttifaqı Azərbaycan hakimiyyətinə müxtəlif tövsiyyələr, təkliflər verib ədalətli seçkilərin keçiriləcəyinə ümid etdiklərini bildirirdilərsə, bu dəfə hələ ki heç bir bəyanat, müraciət yoxdur. Hesab edirəm ki, bunun özü artıq seçkiyə bir münasibətdir. Düşünürəm ki, seçki ilə bağlı Avropa İttifaqının və ABŞ-ın ilkin münasibətləri namizədlərin qeydiyyatı yekunlaşandan sonra olacaq və seçkilərdən sonra da davam edəcək. Azərbaycan və Qərb arasında davam edən hazırkı soyuq münasibətlər baxımından bunların olmaması üçün səbəblər görmürəm. Rusiya isə seçkinin nəticələrini alqışlayacaq”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ