SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Nazarbayev Oktay Əsədovu “Şərəf” ordeni ilə təltif edib

Nazarbayev Oktay Əsədovu “Şərəf” ordeni ilə təltif edib

Tarix:

2-02-2018, 13:44

/ 1 358 dəfə oxundu.
Nazarbayev Oktay Əsədovu “Şərəf” ordeni ilə təltif edib

Milli Məclisinin sədri Oqtay Əsədova Qazaxıstan Respublikasının “Şərəf” ordeni təqdim edilib. Oqtay Əsədov dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Sərəncamı ilə bu ordenlə təltif olunub.

Orden fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədova Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə təqdim edilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd edib. O, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.

Şərhlər

XƏBƏR LENTİ