yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qüdrət Həsənquliyev - “Vəkillər Kollegiyasına yer ayrılması barədə prezidentin sərəncamı olub, amma...”

Qüdrət Həsənquliyev - “Vəkillər Kollegiyasına yer ayrılması barədə prezidentin sərəncamı olub, amma...”
1-02-2018, 14:31 307 dəfə baxılıb

“Yaz sessiyasında əvvəllər qəbul etdiyimiz qanunların icrasını gündəmə gətirməyi, müzakirə etməyi və harada qüsur varsa, bu qanunların bəzilərinin niyə icra edilmədiyinin səbəblərini soruşmalıyıq”.
Bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat xatırladıb ki, Milli Məclis “Təhlis haqqında” qanun qəbul edib:
“Amma bu qanunda hazırlıq kursları nəzərdə tutulsa da, faktiki olaraq işləmir. Təsəvvür edin ki, aprel ayında qəbul imtahanları keçiriləcək, amma hazırlıq kurslarının olub-olmayacağı bilinmir. Halıbuki qanun qəbul edilib və bu qanunda var”.
Vəkillər və vəkillik fəaliyyəti haqqında qanundan danışan deputat deyib ki, Azərbaycan 100 min nəfərə cəmi 8 vəkil düşür:
“Bosniya və Herseqovinada bu göstərici 34 nəfərdir. Avropa ölkələrində isə bu göstərici bizdən 30-dəfə çoxdur. Bu yaxınlarda vəkillərlə bağlı imtahan keçirildi, 2 minə nəfər müraciət etmişdi, amma cəmi 600 nəfər seçilə bildi.
"Mən və həmkarlarım Əli Hüseynli və Çingiz Qənizadə ilə Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşdük. O, dedi ki, imtahan sualları qismən sadələşdirilib. Amma cəmi 600 nəfər imtahandan keçə bildi. Bu məsələ bizi də düşündürməlidir. Bəlkə də imtahanda balı 60-dan 50-yə endirmək olar.
Vəkillər Kollegiyasının sədri bildirdi ki, ölkə Prezidentinin kollegiyaya yer ayrılması məqsədilə sərəncamı olub. Amma bu günə qədər Vəkillər Kollegiyasına yer verilməyib. Sizi inandırıran ki, indi Vəkillər Kollegiyasının binasına daxil olan xarici qonaq görər ki, ölkədə bu institut nə vəziyyətdədir. Vəkillər Kollegiyasının nüfuzunu qaldırmaq lazımdır. Elə rayonumuz var ki, cəmi bir hakim var, vəkil isə ümumiyyətlə yoxdur. Biz elə etməliyik ki, rayonlarda 3-4 hakim, 5 vəkil olsun. Məncə, bu istiqamətdə radikal qərarlar qəbul edilməlidir”-deyə deputat əlavə edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qudret, Vekiller, Kollegiyasina, barede, olub, ayrilmasi, amma, , prezidentin, Hesenquliyev, serencami, yer
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ