SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Diaspor rəhbəri od püskürdü-Yetər yalan, saxta məlumatlarınızla, ölkə başçısını aldatdığınız

Diaspor rəhbəri od püskürdü-Yetər yalan, saxta məlumatlarınızla, ölkə başçısını aldatdığınız

Tarix:

29-12-2017, 09:55

/ 1 596 dəfə oxundu.
Diaspor rəhbəri od püskürdü-Yetər yalan, saxta məlumatlarınızla, ölkə başçısını aldatdığınız

16 ildir Azərbaycanın dünyada tanınması işinin birbaşa içərisindəyəm. Apardığım mücadilədə, həbs , təhdid, təzyiq, şantaj , böhtan, şər, maddi iztirab , çətinliklər yaşadım. Heç zaman bunlara görə dövlətimdən küsmədim, incimədim. Dövlətimin adının yüksəklərdə olması, bayrağımızın yüksəklərdə dalğalanması üçün heç bir çətinlik məni yolumdan döndərmədi. Bugün də dönməyəcəyinə əminəm. Ölkəm üçün milli məsələlərdə heç zaman medal, ödül, mükafat, hədiyyə, pul amalım olmadı. Amma bugün Azərbaycan Respublikasının prezidenti , ali baş komandan cənab İlham Əliyevin diaspora sahəsində fəaliyyət göstərən şəxslərə "TƏRƏQQİ" medalı verməsi ilə bağlı sərəncamı oxudum. Siyahını görüncə dəhşət məni bürüdü . Bir daha əmin oldum ki, bugün düşdüyümüz bu təəssüff doğuran vəziyyətin səbəkarları var və bunlar ölkə başçımızı yalnış məlumatlandıranlardır. Üsyanımın səbəbi var. Çünki düşmənə qarşı mübarizədə öndə olanların bir çoxları unuduldu, yenə "şəkərbura paxlava" diasporasına ödül verilir. Siyahıdakı bir sıra şəxsləri çıxmaqla mükafata layiq olmağa yaxın olmayan şəxslər mükafat siyahısına əlavə olundu. Hansı ki bu adamların bir çoxu dövlətimiz beynəlxalq qurumlar tərəfindən, xarici media orqanları tərəfindən ölkəmizə qarşı qara piar kampaniyası həyata keçirildiyində susqunluq edib, üstündən keçirdi.
Hörmətli Cənab Prezident , sizi başa düşürəm, düşünürsüz ki, səlahiyyətli orqanlarınız var, təyin edilən şəxslər və buna görə dövlətimizin böyük imtiyazlarından yararlananlar var. Bu adamları ora ona görə təyin edirsiz ki, həm xalq həm dövlət həm də sizin qarşınıızda dürüst fəaliyyət göstərsinlər. Ancaq nə fayda ?! Mükafata layiq şəxslərin birbaşa işinə cavabdeh şəxslər var və bu sizin işiniz deyil ki, hər mükafat alacaq şəxsi araşdırasınız. Onun buna layiq olub olmadığına qərar verəsiniz. Ancaq müvafiq strukturlar məşğul olmur. Bucür addımları ilə əksinə dövlətin yanında olan şəxsləri narazı elektorata doğru sürükləyirlər. Şəxsi münasibətlərinə görə mükafat alacaq şəxs müəyyən edirlər . Nələrinsə , qarşılığında kimlərsə yüksək adlara layiq görülürlər. Məsələ burasındadır ki, hər il üstündən keçirdim. Birgün gələr bunlar yoluna düşər deyirdim . Artıq yetər deyirəm və daha səbr etmək yox açıq danışmaq istəyirəm. Mən sizə deyərdim ki, bu adamların adlarını verənlər , inanın ki, düşməndən, işğalçı ordudan daha çirkin, daha məkrli insanlardır. Çünki düşmənin adı üstündədir. Düşmən olduğunu bilirsən. Ancaq bu insanlar çox təklükəlidirlər həm də ona görə ki, dövlətə xitmət etdiyi donu geyinir, özünü sədaqət mücəssiməsi olaraq təqdim edir. Sizlərin və bizlərin, üzünə gülür, mehribancasına sarılır , xoş sözlər deyilir və məqamı gəldiyində kürəyindən vurur. Bu şəxslərdən dəyər gözləmək insan cəlladından insaf gözləmək qədər tərs mütənasibdir. Artıq belələrindən hansısa insaf, ədalət , diqqət gözləyəcək qədər sadəlöv deyiləm.
Məni usandırıb, küsdürmək istəyənlərədir sözüm : Zaman zaman mane oldunuz, bəzilərinin əlinə "arqument" verdirib haqqımda min böhtan yazdırdığınızı bildiyim halda danışmadım,susdum , bugün artıq susmuram ÜSYAN edirəm. Yetər yalan, saxta məlumatlarınızla, ölkə başçısını aldatdığınız. Doğma ölkəmiz üçün gecəsini gündüzünə qatıb israrlı fəaliyyət göstərənləri aldatdınız. Biz danışmadıqca, susduqca siz oyun oynayacaqsınız,, göstərdiyimiz fəaliyyətləri adınıza çıxarıb, cibinizi dolduracaqsınız. Bir sözlə üsyanım medal üçün deyil, dövlətimə , prezidentimə bağlığımı hansısa medal müəyyən edə bilməz bundan sonra da vətənim üçün mübarizəmə , fəaliyyətimə davam edəcəm. Bu vətən bizim , ödül sizin olsun!
Xüsusi qeyd. Dünyada fəaliyyət göstərən beynəlxalq ictimai təşkilatın lideri olaraq açıq şəkildə bəyan edirəm ki, bu tək mənim deyil dünyanın bir çox ölkələrində yaşayan və fəal fəal olan həmvətənlərimizin narazıçılığna səbəb olub.

Rəşad Quliyev
Dünya Azərbaycanlıları Assambleyası Prezidenti

Newscenter.az

Şərhlər

XƏBƏR LENTİ