yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Etibar Məmmədov seçkiyə qatılmır - AMİP-çi səbəbi açıqladı

Etibar Məmmədov seçkiyə qatılmır - AMİP-çi səbəbi açıqladı
27-12-2017, 11:46 131 dəfə baxılıb

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov gələn il keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etməyəcək. Bu barədə modern.az-a Etibar Məmmədov özü məlumat verib. AMİP-in fəxri lideri partiyadakı mövcud vəziyyət barədə isə danışmaq istəməyib: “Partiyanın işlərinə baxan vəzifəli şəxslər var. Partiyadakı yeniliklərdən onlar danışsa, daha yaxşı olar”.

E.Məmmədov şəxsi tikinti biznesinin olması barədə deyilənlərə münasibət bildirməkdən də yayınıb: “Biznes sözünün tərcüməsi iş deməkdir. Deməli, insanların hamısı bir işlə məşğul olmalıdır. Rəsmi işim, vəzifəm yoxdur. Amma özümü işsiz də qoymuram. Kimlərsə deyirsə ki, mənim tikinti biznesim var, qoy desinlər...”

Etibar Məmmədov prezident seçkisində iştirak nədən iştirak etməyəcəyini isə açıqlamayıb.

Bununla bağlı AMİP katibi, Etibar Məmmədovun yaxın adamı Əli Orucova “Etibar Məmmədovun seçkiyə qatılmaması seçkilərin demokratikliyinə inamsızlıqdan irəli gəlir, yoxsa AMİP-i və şəxsən özünü seçki kimi ağır yükün altına girib uğur əldə edəcək gücdə saymadığındandır? AMİP Etibar bəyin seçkidə iştirak edəcəyi halda seçki kampaniyasını aparmağa hazırdırmı? Etibar Məmmədovun namizəd olmaması o deməkdirmi AMİP-in başqa namizədi olmayacaq və ya ümumiyyətlə, seçkiyə qatılmayacaq? AMİP indiyə qədər neçə prezident seçkisində iştirak edib” sallarını ünvanladıq.

Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Etibar Məmmədovun prezident seçkilərində iştirak etməməsinin səbəbləri barədə daha dəqiq izahını özü verə bilər. Etibar Məmmədov səbəblər barədə danışmayıbsa, deməli, belə məqsədəuyğun hesab edib: “Seçkilərə isə hələ bir ilə yaxın müddət var. Amma bu bir gerçəklikdir ki, ölkədə demokratik seçki mühiti yoxdur. Digər sahələrdə olduğu kimi siyasi rəqabətə imkan verilmir. Seçki hüquqları qalsın bir kənara, vətəndaşların elementar hüquqlarına hörmət göstərilmir. Təəssüf ki, insanlarda inamsızlıq sindromu seçkilərə münasibətdə daha qabarıq özünü göstərir. Bu isə çox təhlükəlidir. Vətəndaşlarımız öz dövlətlərindən getdikcə uzaq düşürlər və vətəndaş-dövlət anlayışı və münasibətləri ciddi zədələnib. Odur ki, ilk növbədə siyasi qüvvələrin və vətəndaş cəmiyyətlərinin başlıca vəzifəsi bu fəsadların aradan qaldırılmasına nail olmaqdır. AMİP həmişə ən ağır yükün altına çiyinlərini verib və bu yükü daşımağı bacarıb. Hətta bizə yük olanların yükünü də daşımalı olmuşuq. Üzərimizdə seçki yükündən daha ağır və məsuliyyətli yük var. Bu, Azərbaycanda millətin özünə, öz dövlətinə, parlaq gələcəyinə inamını özünə qaytarmaqdır. Seçkilər bu yolda vasitə ola bilər. Amma bu şəraitdə yox”.

Əli Orucov xatırlatdı ki, Etibar Məmmədov indiyə qədər 3 seçki prezident seçkiləri kampaniyasında uğurla iştirak edib: “Lakin birinci marafonda 1992-ci ildə keçirilən seçkidə Azərbaycan Xalq Cəbhəsinin lideri mərhum Əbülfəz Elçibəylə yarışmaı şanlarının üstün olmasına baxmayaraq, namizədliyini geri götürüb. 1998-ci ildə keçirilən seçkidə Etibar Məmmədov namizəd kimi iştirak edib. Həmin seçkidə bütün siyasi qüvvələrə nümunə ola biləcək kampaniya apardıq və prosesi udduq. Əlimizdə 2000-dən çox seçki məntəqəsinin rəsmi möhürlü protokolları indiyədək də qalır. 2003-cü il prezident seçkilərində də AMİP siyasi partiyaların birliyi olan ”Qələbə" seçki blokunu yaradaraq uğurlu kampaniya apardı. Başqa partiyalardan fərqli olaraq AMİP-in sabit elektoratı var və bu, seçki hüququ olan vətəndaşlarımızın böyük kəsimini əhatə edir. Lakin nəticəsi əvvəlcədən bəlli olan və iqtidar tərəfindən idarə olunan seçkilərdə hansısa uğurdan danışmaq təbii ki, elə də asan deyil. AMİP qədər seçki təcrübəsi olan və seçki kampaniyasına yeniliklər gətirən ikinci partiya yoxdur".

Ə.Orucov dedi ki, prezident seçkisinə hələ xeyli müddət var. Dünyada, regionda və ölkəmizdə proseslər çox sürətlə dəyişir: “İnanıram ki, seçkilərə qədər bir sıra fundamental dəyişiklərin şahidi olacağıq. AMİP də real vəziyyətə uyğun qərarlarını verəcək”.

Qeyd edək ki, prezident seçkisi 2018-ci ilin oktyabrında keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası hələ ki namizədini rəsmi elan etməyib. Müxalifət düşərgəsindən isə Müsavat Partiyası keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin, Vətəndaş İnkişaf Partiyası sədri Əli Əliyevin, AĞ Partiya sədr Tural Abbaslının namizədliyini elan edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sebebi, Memmedov, achiqladi, , sechkiye, Etibar, qatilmir, AMP chi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ