yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Lukaşenko Əliyevi Belarusa dəvət etdi

Lukaşenko Əliyevi Belarusa dəvət etdi
24-12-2017, 19:46 99 dəfə baxılıb

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Xalqxeber.Az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın genişmiqyaslı nailiyyətləri Sizin dövlət lideri, uzaqgörən siyasi xadim və öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərinizi əyani şəkildə təsdiq edir. Sizin Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, o cümlədən mühüm müştərək layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyinizi yüksək qiymətləndirirəm. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur. Bununla əlaqədar, Sizi bir daha Belarus Respublikasına rəsmi səfərə dəvət edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən daim yeni uğurlar diləyir, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edir, Azərbaycan xalqına sevgimi və hörmətimi bildirirəm”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Belarusa, Lukashenko, etdi, devet, Eliyevi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ