yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mədət Quliyev: “Dövlət başçısının təşəbbüsü ilə incəsənətin yüksəlişi sahəsində ölçüyəgəlməz işlər görülür”

Mədət Quliyev: “Dövlət başçısının təşəbbüsü ilə incəsənətin yüksəlişi sahəsində ölçüyəgəlməz işlər görülür”
23-12-2017, 11:33 109 dəfə baxılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin yaradılmasının 50 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə respublikanın görkəmli ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, müxtəlif dövlət qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev çıxış edərək yaradılmasının 50 illiyi münasibətilə musiqi məktəbinin müəllim-şagird kollektivini təbrik edib, fəaliyyətlərində bundan sonra da uğur qazanmalarını arzulayıb.
M.Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafı və tanınması sahəsində göstərdiyi misilsiz xidmətlərdən danışaraq bildirib ki, bütün bunlar dahi rəhbərin Azərbaycanı dünyada təmsil edən böyük sənət adamlarına diqqətindən, qayğısından, Vətənə, xalqına sevgisindən irəli gəlirdi. Çünki onun doğma Azərbaycana olan məhəbbəti sonsuz idi.
General-leytenant qeyd edib ki, ulu öndərin müəyyən etdiyi siyasi xətt bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə xalqın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətin və incəsənətin yüksəlişi sahəsində ölçüyəgəlməz işlər görülür. M.Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin tərəqqisinə, geniş beynəlxalq areaIda milli tariximizin, incəsənətin, musiqinin, о cümlədən klassik muğam və aşıq sənətinin inkişafı üçün böyük töhfələr verdiyini, möhtəşəm layihələr həyata keçirdiyini bildirib, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda təşkil olunan mədəni tədbirlərin, beynəlxalq musiqi və mahnı müsabiqələrinin dünyaya səs saldığını vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin yaratdığı musiqi məktəbinin bu gün də diqqət mərkəzində olduğunu qeyd edən DTX rəisi möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə məktəbin əməkdaşlarının yüksək dövlət mükafatlarına layiq görülmələrinin ölkə başçısı tərəfindən mədəniyyətə, incəsənətə və musiqi təhsilinə göstərilən qayğının və verilən ali qiymətin daha bir parlaq nümunəsi olduğunu bildirib.
Sonra Mədəniyyət Mərkəzinin böyük zövqlə bəzədilmiş və göz oxşayan səhnəsində məktəbin şagirdləri tərəfindən maraqlı musiqili kompozisiyalar, səhnəciklər və rəqslər təqdim olunub, məşhur bəstəkarların əsərlərindən hissələr ifa edilib.
Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən məharətlə hazırlanmış və nümayiş olunmuş bədii proqram tədbir iştirakçılarında xoş təəssürat yaradaraq gur alqışlarla qarşılanıb.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə böyük uzaqgörənliklə əməkdaşların övladlarının istedadının üzə çıxarılması, yaradıcılıq qabiliyyətinin artırılması, ümumən gənc nəslin mədəni-mənəvi aləminin zənginləşdirilməsi və ölkədə musiqi təhsilinin inkişaf etdirilməsi məqsədilə 1967-ci ildə xüsusi musiqi məktəbi təsis edib. 1967-ci ildə musiqi məktəbi DTX-nin indiki Mədəniyyət Mərkəzində fəaliyyətə başlayıb.
Bu məktəbdə vaxtilə ulu öndərin övladları – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Sevil Əliyeva musiqi təhsili alıblar.
Yarıməsrlik tarixə malik bu tədris ocağı Azərbaycan musiqi mədəniyyətinin təbliğində xidmətləri olan xeyli sayda incəsənət xadimi və tanınmış ifaçı yetişdirib. Məktəbin uğurlu fəaliyyəti DTX əməkdaşlarının övladları ilə yanaşı, burada təhsil alan digər şagirdlərimizin də milli mədəniyyətimizin və incəsənətin inkişafına töhfə vermək əzminin yüksəldilməsində özünəməxsus rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev orta musiqi məktəbinin yaradılmasının 50 illiyi ilə əlaqədar məktəbin bir qrup əməkdaşını mükafatlandırıb. Cənab Prezidentin 19 dekabr 2017-ci il tarixli sərəncamları ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşları – Kərimova Elnurə Camal qızı və Tağıyeva Leyla Əliyevna “Tərəqqi” medalı ilə təltif edilib, Hüseynova Elmira Bahadur qızı, Əsədova Nailə Əsəd qızı və İsmayılov Zakir Xeyrulla oğluna “Əməkdar müəllim” fəxri adı verilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Dovlet, incesenetin, teshebbusu, ishler, yukselishi, Medet, bashchisinin, Quliyev, olchuyegelmez, gorulur, ile, sahesinde
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ