yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin lehinə səs verib - FOTO

Azərbaycan Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin lehinə səs verib - FOTO
22-12-2017, 10:41 122 dəfə baxılıb

Azərbaycan BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin lehinə səs verib.

Məlumatı BMT-nin mətbuat xidməti yayıb.

Azərbaycanla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü - Böyük Britaniya, Çin, Fransa və Rusiya, habelə dünyanın aparıcı dövlətlərindən Almaniya, İspaniya, Yaponiya, Belçika, İtaliya, Norveç də Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqda qətnaməni dəstəkləyiblər.

Qeyd edək ki, ötən gecə BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə olub. 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib. 21 ölkə, o cümlədən Gürcüstan, Ukrayna, Moldova, Monqol Eli, Zambiya səsvermədə iştirak etməyiblər.
Azərbaycan Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin lehinə səs verib - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ses, ile, paytaxti, verib, FOTO, bagli, Qudsun, qetnamenin, srailin, Azerbaycan, lehine, kimi, , taninmamasi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ