SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Səfirin cavabı diasporumuzun, başda Nazim İbrahimovun ifşasıdırmı?

Səfirin cavabı diasporumuzun, başda Nazim İbrahimovun ifşasıdırmı?

Tarix:

22-12-2017, 10:28

/ 1 189 dəfə oxundu.
Səfirin cavabı diasporumuzun, başda Nazim İbrahimovun ifşasıdırmı?

Dekabrın 18-də Ukraynanın Xerson şəhərində qondarma erməni soyqırımına abidə qoyulması Ukraynada yaşayan azərbaycanlılar arasında gərginliyə sədəb olub.
Dünən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadov baş verən hadisədə Azərbaycanın Ukraynadakı səfirliyini günahlandırıb:
"Ümumiyyətlə, səfirliyin əsas vəzifələrindən biri də budur ki, Ukraynada Azərbaycana qarşı istiqamətlənmiş prosesləri görüb, əvvəlcədən reaksiya versin. Bu, təkcə diasporun üzərinə düşən vəzifə deyil. Bu məsələlərdə diplomatik korpusun fəaliyyəti vacibdir. Ümumiyyətlə, çox maraqlıdır ki, səfirliyin iş fəaliyyəti nədən ibarətdir? Ukraynadakı Azərbaycan diasporunun aparıcı şəxslərinə qarşı mübarizə aparmaq, yoxsa ermənilərə qarşı mübarizə aparmaq?"
Bu açıqlamaya Ukrayna səfirliyininin cavabı özünü çox gözlətməyib. Yayılan bəyənatda bildirilir ki, bu məsələdə səfirlik günahlandırılmalı deyil:
"Hikmət Cavadov nə etdiyini heç özü də bilmir. Ermənilərin Xerson şəhərində abidə qoymasına səfirlik nə etməlidir?! Əvvəla, bu məsələ bizdən çox türk qardaşlarımızın işidir. Onlar bu məsələyə heç bir reaksiya vermirlər. Əgər türklər bu məsələyə qoşulmağımızı xahiş etsələr, mütləq qoşularıq. Səfirlik Xarici İşlər Nazirliyinin tabeliyindədir. Bizə hər hansısa formada məktub gəlməsə, heç nə edə bilmərik. Təlimatımız olmalıdır”.
Səfirliyin yaydığı cavab mətnində ən maraqlı məqam isə Azərbaycanın Ukraynadakı diasporuna ünvanlanan ittihamlardır:
"Onlar da bir abidə qoysunlar. Onlara mane olan var?! Biz gücümüz çatdıqca, Müslüm Maqomayevin, Nizaminin abidəsini qoyuruq. Ermənilərdə isə dahi insanlar yoxdur deyə, hər addımbaşı qondarma soyqırımı abidəsini ortaya atırlar.
Hikmət Cavadov hər yerdə erməni deputatların olduğunu deyir. Razıyıq onunla. Biz də dəfələrlə şahidi olmuşuq ki, ölkənin hər bir sahəsində ermənilər təmsil olunur. Axı bizə kim mane olur ki?! Onlar da bir diaspordur, bizimkilər də. Gedib onlar da deputat olsunlar. Biz də buna sevinərik. Səfirlik olaraq onların əl-qolunu tutub bağlamırıq ki! Təəssüf ki, burada diaspor təşkilatlarının ancaq adı var”.
Maraqlıdır ki, səfirə yaxın münasibəti ilə seçilən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov həmişə Ukraynada güclü diasporumuzun olduğunu bildirib. Cənab komitə sədri tez-tez Ukraynaya gedir, oradakı diaspor nümayəndələri ilə görüşlər keçirməsi barədə məlumatlar yayır. Hətta Dünya Azərbaycanlılarının son qurultayında 5 nəfərə diaspor fəaliyyətində fərqləndiyinə görə Prezident tərəfindən mükafatlar verdirib. Əgər səfirin dediyi kimi, Ukraynada diasporumuzunun yalnız adı varsa, onda Nazim İbraimov medal verdirdiyi şəxsləri hansı xidmətlərinə görə mükafatlandırıb. Yoxsa komitə sədri ölkə başçısına yalan məlumat verib? Əgər diasporumuzun yalnız adı varsa, onda Nazim İbrahimovun diaspor adına gördüyü işlər nədir? Nazim İbrahimov və komitəsi nə işlə məşğuldur ki, diasporun yalnız adı var? Bu işlərə ayrılan vəsaitlər hara xərclənib? Fəaliyyətsiz diasporun hansı fəaliyyətləri mükafatlandırılıb?
Səfirin Hikmət Cavadovun dediklərinə cavab kimi yaydığı mətn əslində, bütövlükdə diasporumuzun, başda Nazim İbrahimovun ifşasıdır. Əgər dövlətimizin Ukraynadakı təmsilçisinin dedikləri həqiqətdirsə (Rəsmi şəxsin yalan bəyanat verməsinə inanmaq istəmirik - red.) onda, bu məsələdə Nazim İbrahimovun nə boyda məsuliyyət daşıdığını, hansı günahlara əl atdığını təsəvvür etmək çətin deyil.
Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin mövqeyini almağa çalışdıq. Qurumdan bununla bağlı yaxın saatlarda açıqlama veriləcəyi bildirildi.

Mövzunu diqqətdə saxlayacağıq.

bakipost.az

Şərhlər

XƏBƏR LENTİ