SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Azərbaycan xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır” - İlham Əliyev

“Azərbaycan xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır” - İlham Əliyev

Tarix:

20-12-2017, 16:56

/ 1 204 dəfə oxundu.
“Azərbaycan xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır” - İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev IBM Global Market korporasiyasının baş vitse-prezidenti Erik Klementini qəbul edib.

Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini deyib.

O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd edərək, IBM şirkətinin ölkəmizlə uzunmüddətli əlaqələr qurmaqda maraqlı olduğunu vurğulayıb.

Dövlət başçısı isə IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd edib. Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu deyib. Bu yaxınlarda Azərbaycanda “Bakutel-2017” sərgisinin keçirildiyini deyən dövlət başçısı sərgini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmli tədbir kimi dəyərləndirib.

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. Dövlət başçısı IBM şirkəti ilə Azərbaycan arasında gələcəkdə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Şərhlər

XƏBƏR LENTİ