yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Hesablama Palatasının üzvlərinə yeni TƏLƏBLƏR - Yüksək vəzifə tutanlarla qohum ola bilməzlər

Hesablama Palatasının üzvlərinə yeni TƏLƏBLƏR - Yüksək vəzifə tutanlarla qohum ola bilməzlər
20-12-2017, 12:53 113 dəfə baxılıb

Hesablama Palatasının üzvləri Prezident, Baş nazir, Milli Məclisinin sədri, Konstitusiya Məhkəməsinin sədri , Ali Məhkəmənin sədri, Baş prokuror, Mərkəzi Bankının İdarə Heyətinin sədri və müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri ilə yaxın qohumluq əlaqəsində ola bilməz.

Bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.

Qanun layihəsinin 12-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair tələblər) göstərilib ki, Hesablama Palatasının üzvləri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri ilə, habelə bir-biriləri ilə yaxın qohumluq əlaqəsində ola bilməzlər.

Qeyd edək ki, hazırda qüvvədə olan “Hesablama Palatası haqqında” qanunun 7-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair əlavə tələblər) göstərilib ki, Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və Mərkəzi Bankının sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər.

Yeni qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında II oxunuşda müzakirə ediləcəyi gözlənilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yeni, tutanlarla, uzvlerine, , bilmezler, ola, Hesablama, Palatasinin, vezife, TELEBLER, Yuksek, qohum
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ