yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan XİN-dən Ermənistan parlamentinin vitse-spikerinə sərt cavab

Azərbaycan XİN-dən Ermənistan parlamentinin vitse-spikerinə sərt cavab
19-12-2017, 10:13 90 dəfə baxılıb

"Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun timsalında deyəsən yeni rəqabətlə üzləşib. Amma məntiqsizlik və mahiyyətsizlik baxımdan hər ikisinin açıqlamaları bir-birindən geri qalmır”.
Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan parlamentinin vitse-spikeri Şarmazanovun Latviya nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlərini APA-ya şərh edərkən bildirib.
H. Hacıyev Avropa İttifaqı adından danışan E.Şarmazanova ilk növbədə Avropa İttifaqının sənədləri ilə tanış olmağı tövsiyə edib: "Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə deyilir ki, Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir. Bəyanatda Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Strategiyasına da istinadlar öz əksini tapıb”.
H. Hacıyev bildirib ki, Aİ-nin Qlobal Strategiyasında dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı Avropanın təhlükəsizlik nizamının əsas elementləridir: "Bu prinsiplər Aİ üzv dövlətlərinə və Aİ sərhədlərindən kənar bütün dövlətlərə şamil olunur. (The sovereignty, independence and territorial integrity of states, the inviolability of borders and the peaceful settlement of disputes are key elements of the European security order. These principles apply to all states, both within and beyond the EU’s borders)”.
"Avropa Parlamenti tərəfindən 13 dekabr 2017-ci il tarixində qəbul olunmuş "Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti haqqında” qətnamədə Avropa Parlamentinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu təsdiqləyir. II Dünya müharibəsi və faşizm işğalından əziyyət çəkmiş Avropa üçün ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığının təməl prinsiplər olması heç də təsadüfi deyil.
Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir və heç bir halda legitim hesab oluna bilməz”, -deyə XİN-in rəsmisi əlavə edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azerbaycan, parlamentinin, XN den, cavab, sert, Ermenistan, vitse spikerine
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ