SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İqtidar içində güclənmiş müxalifət hakimiyyəti götürəcəkmi? – Pərdəarxası...

İqtidar içində güclənmiş müxalifət hakimiyyəti götürəcəkmi? – Pərdəarxası...

Tarix:

13-12-2017, 12:08

/ 1 371 dəfə oxundu.
İqtidar içində güclənmiş müxalifət hakimiyyəti götürəcəkmi? – Pərdəarxası...

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu günlərdə verdiyi müsahibəsində mühüm və informasiya yükü olan məsələyə toxunub.
Onun sözlərinə görə, hakimiyyətin daxilində güclü və böyük müxalifət formalaşmaqdadır.
ADP liderinin açıqlamasındakı fikir yeni deyil. İqtidarın daxilində yeni müxalifətin yaranması çoxdan gerçəkləşib.
Həmin müxalifət öz istəklərini diktə etməyə başlayıb. Son illərdə bir neçə nazirlik hakimiyyətdaxili müxalifətin nəzarətinə keçib.
Elə axırıncı fakt olaraq Vergilər Nazirliyini göstərmək olar. Sistem içində formalaşan müxalifətin resursları getdikcə güclənir. Buna qədər Səhiyyə Nazirliyi, Təhsil Nazirliy və bir neçə qurumlar köhnə qvardiyadan alınıb.
Saray daxilində avanqarda çevrilmək istəyən müxalifətin mövqeləri möhkəmlənməkdədir və 2018-ci ildən islahatçı komanda hakimiyyəti tamamilə götürə bilər.
Hazırda Azərbaycanın siyasi kulislərində müzakirə olunan və maraqla gözlənən əsas məsələ də islahatçı qanadın iqtidarı ənənəvi qruplaşmadan qopara biləcəyi ehtimalıdır.
Əslində, referendumun keçirilməsi, vitse-prezidentlik institunun təsis olunması məhz “qocalar evi”ni yola salmağa hesablanmışdı.
Hakimiyyət idarəçiliyində iqtisadi cəhətdən talan strategiyasını və rüşvətin xərçəng kimi yayılması metodunu seçən ənənəvi qvardiya illərlə ölkəni uçuruma sürükləyib.
İslahatlar getməyib, korrupsiya, monopoliya, bürokratiya qanqrena verməyə başlayıb, idarəçilikdə səhvlərin fəsadları və “xora”ları üzə çıxmaqdadır və tarixi zərurət yetişib – model dəyişməlidir.
Belə mürəkkəb dilemma qarşısında prezident İlham Əliyev doğru yolu seçdi - islahatlar, qeyri-neft sektorunun inkişafı və ASAN Xidnət modeli.
Və bu reformalar yeni islahatçı qruplaşmanın çiyinlərində həyata keçirilməkdədir. Yəni, hakimiyyətdaxili müxalifət iqtidara çevrilməkdədir.
Lakin gedişat hakimiyyət daxilindəki bəzi nazirləri, Naxçıvan qruplaşmasına aid qüvvələri narahat etməyə bilməz.
Ona görə də növbədənkənar seçkilərin keçirilməsi, marta çəkilməsi və s. təkliflər səslənməkdədir.
SİAM.Az yazır ki, S.Əkbərin müsahibəsində ənənəvi müxalifətdən fərqli olaraq hakimiyyət içindəki müxalifətin olmasına diqqət çəkməsi proseslərin fərqli mənzərə aldığını göstərir.
Artıq neçə müddətdir ki, ölkədə ciddi islahatların aparılması üçün zərurət yaranıb. Amma hələ də köklü dəyişikliklərin aparılması yönündə ciddi addımlar atılmır.[/b]
Çünki islahatları tormozlayan qüvvələr var. İslahatlar Prezidentin səlahiyyətində olan məsələdir. Prezident çalışır ki, ölkədə vəziyyət köklü şəkildə dəyişsin.
Bu hökumətlə islahat aparmaq mümkün deyil. Ona görə də prezident özünə uyğun, müasir tələblərə cavab verən yeni komanda formalaşdırır.
Prezident gecə-gündüz çalışır, amma komandası yatışır. Amma bunu da çox gözləmək lazım deyil. Ölkə başçısı bu istiqamətdə daha çevik addımlar atmalıdır.
Ölkədəki vəziyyət günü-gündən kəskinləşir, hər gün əhalinin durumu ağırlaşır, iqtisadiyyat tənəzzülə uğrayır. Yəni, bu komanda ilə də islahat aparmaq olmaz.
Hakimiyyət daxilində eninə- uzununa kök salmış köhnələr kifayət qədər özlərinə təsir imkanları, dəstək və varidat qazanıblar.
Həm də onlar biri- birlərinə o qədər bağlanıblar ki. əksəriyyəti qohum olublar. Qız verib qız alıblar. Güclənmiş ixtiyarların istənilən zaman hakimiyyət üçün həm də real təhlükə mənbəyidir.
İslahatçı qruplaşmanın tam nəzarətində inkişaf etməsi isə belə düşünməyə əsas verir ki, Naxçıvan qruplaşmasının mübarizəni uduzacağı daha inandırıcıdır. Odur ki, bu qruplaşmanın indidən hərəkətləndiyini görməmək mümkünsüzdür.
Xatırladaq ki, ilk yumşaq təzyiq Naxçıvan qruplaşmasında təmsil olunan, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevdən gəlmişdi.
Deputat referendum elan olunan kimi prezident İlham Əliyevin vitse-prezidentin kimliyini açıqlamalı olması ilə bağlı müsahibə vermişdi.
Müsahibədə ölkənin birinci xanımı Mehriban Əliyeva ilə yanaşı Ramiz Mehdiyevin, Vasif Talıbovun, Bəylər Əyyubovun adını çəkmişdi.
Elə hakimiyyət içindəki yeni müxalifətin o dönəmdən başlayaraq yürütdüyü siyasət bu gün təzahür verməkdədir. Gələn il isə daha qızğın hadisələrin şahidi olacağıq.

Siam.az

Şərhlər

XƏBƏR LENTİ