yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Zahid Oruc prezident seçkisinin vaxtını dəyişməyi təklif edir

Zahid Oruc prezident seçkisinin vaxtını dəyişməyi təklif edir
7-12-2017, 11:53 81 dəfə baxılıb

Milli Məclisin üzvü Zahid Oruc maraqlı təkliflə çıxış edib

Deputat gələn ilin oktyabrında keçirilməsi nəzərdə tutulan prezident seçkisinin vaxtını 7 ay ön çəkməyi, 2018-ci ilin mart ayında keçirməyi təklif edir. Z.Oruc öz təklifini belə əsaslandırır:

"Hazırki reallıqda İlham Əliyev Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenlİyinin yeganə təminatçısıdır. Dövlət rəhbəri kimi o,təkcə hakimiyyət komandasını, iqtidar partiyasını deyil,bütövlükdə milləti öz güclü şəxsiyyəti ətrafında birləşdirən tək xarizmatik liderdir. Mövcud siyasi sistemdə və fəaliyyətdə olan partiyaların qüvvələr nisbətində ölkə birinciliyi uğrunda mübarizədə heç kəs İlham Əliyevlə müqayisə oluna bilməz.Onun alternativi xaosdur.

Gələn il keçiriləcək prezident seçkiləri bir il öncə referendumda qəbul olunmuş yeni Konstitusiyanın tələblərinə görə qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir.2018-ci ilin noyabrından hesablayanda yeni hüquqi-siyasi təqvimə görə prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır.Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır.Fövqəladə hal sayılmasa da iki fərqli hakimiyyət orqanına-Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi perspektivi təkcə ictimai mənafelərin və siyasi maraqların kəskin toqquşmasını vəd etmir,eləcə də hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir. Birləşmiş Ştatların və bir sıra Qərb dövlətlərinin həyatı üçün xarakterik olan belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək,gələn ilin mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı.Konstitusion normalar baxımından burada heç bir hüquqi norma pozulmur və siyasi birincilik uğrunda mübarizədə bütün iddiaçılara bərabər zaman qrafiki ayrıldığından seçilən prezidentin legitimliyi beynəlxalq məkanda qəbul olunacaq".

musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: edir, prezident, Zahid, sechkisinin, teklif, deyishmeyi, Oruc, vaxtini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ