SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ziyafət Əsgərov: İşğal olunmuş Qarabağda cinayətkar qruplaşmalar fəaliyyət göstərir

Ziyafət Əsgərov: İşğal olunmuş Qarabağda cinayətkar qruplaşmalar fəaliyyət göstərir

Tarix:

4-12-2017, 15:58

/ 1 359 dəfə oxundu.
Ziyafət Əsgərov: İşğal olunmuş Qarabağda cinayətkar qruplaşmalar fəaliyyət göstərir

"Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə terrorizmin maliyyələşdirilməsi arasında açıq əlaqəni qeyd etməmək mümkün deyil".

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında keçirilən "Parlamentarilər narkotiklərə qarşı" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, narkotik ticarəti daha çox hökumətin nəzarət edə bilmədiyi ərazilərdə çiçəklənir.

"Müxtəlif şüarlar, o cümlədən "millətlərin öz müqəddəratını təyinetmə hüququ" adı altında suveren dövlətlərin ərazisində "boz zonalar" yaranması və narkotik maddələrin qanunsuz dövriyyəsi də daxil olmaqla, qanunazidd hər cür fəaliyyət həyata keçirilməsi faktı həyəcan təbili çalmağa əsas verir. Bu baxımdan, Azərbaycanı Dağlıq Qarabağdakı vəziyyət ciddi narahat edir. İşğal nəticəsində bu bölgədə ölkənin mərkəzi orqanlarının işi tamamilə mümkünsüzdür və bu hal müxtəlif cinayətkar qruplaşmaların, o cümlədən narkotiklərin istehsalı və ticarəti üzrə ixtisaslaşan qruplaşmaların fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır", - deyə Ziyafət Əsgərov bildirib.

Şərhlər

XƏBƏR LENTİ