SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Əgər ictimai nəzarət ordunu dedi-qodu yuvasına çevirirsə...”

“Əgər ictimai nəzarət ordunu dedi-qodu yuvasına çevirirsə...”

Tarix:

1-12-2017, 14:35

/ 1 378 dəfə oxundu.
“Əgər ictimai nəzarət ordunu dedi-qodu yuvasına çevirirsə...”

Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

xalqxeber.az xəbər verir ki, qanun layihəsi barədə birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. O qeyd edib ki, bu qanunda ilk dəfə, Ordu, Silahlı Qüvvələr və digər silahlı birləşmələr anlayışı verilib:

“Onların hər üçünün təyinatı, vəzifəsi qanunda öz əksini tapıb. Qanun layihəsi 5 fəsil, 15 maddədən ibarətdir”.

Deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanın indiki şəraitində Silahlı Qüvvələrin statusu bilinməlidir:

“Ona görə də bu qanunun qəbulu əhəmiyyətlidir. Silahlı Qüvvələrin tərkibinə hansı hərbi birləşmələrin daxil edildiyi bilinməlidir. Çünki başqa qurumların da tərkibində olan hərbi birləşmələr var. Hesab edirəm ki, onlar da Silahlı Qüvvələrin tərkibinə daxil edilməlidir.

Deputat Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan həssas dövrdə yaşayır, torpaqlarının 20 faizi işğal altındadır. Ona görə də Silahlı Qüvvələr haqqında qanun tezliklə qəbul edilməlidir. Silahlı Qüvvələrə bilavasitə nəzarət ali baş komandana aiddir və dünya praktikasında, aparıcı dövlətlərdə, məsələn ABŞ-da da belədir. Türkiyədə gördük ki, ordu parlamentin nəzarətində olanda, Süleyman Dəmirəlin dövründə 8 dəfə dövlət çevrilişinə cəhd etdi. Ordu cəmiyyətdən kənarda deyil, onun bir hissəsidir, lakin cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Bu qanunda da öz əksini tapmalıdır. Əgər ictimai nəzarət ordunu dedi-qodu yuvasına çevirirsə, bu ictimai nəzarət faydasızdır. Hesab edirəm ki, Azərbaycan ordusunda həm təchizat, həm də fiziki və mənəvi hazırlıq baxımından vəziyyət yüksək səviyyədədir”.

Qanun layihəsinə birinci oxunuşda konseptual münasibət bildirilib.

Şərhlər

XƏBƏR LENTİ