SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əflatun Amaşov Gürcüstan xalqına başsağlığı verdi: "Bu hadisə məni dərindən sarsıtdı"

Əflatun Amaşov Gürcüstan xalqına başsağlığı verdi: "Bu hadisə məni dərindən sarsıtdı"

Tarix:

27-11-2017, 16:45

/ 1 175 dəfə oxundu.
Əflatun Amaşov Gürcüstan xalqına başsağlığı verdi: "Bu hadisə məni dərindən sarsıtdı"

Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qonşu ölkədə baş verən faciəli hadisə ilə bağlı gürcü xalqına başsağlığı veirb.

Əflatun Amaşov Gürcüstanın Batumi şəhərində "Leogrand” hotelində baş vermiş güclü yanğın nəticəsində insan tələfatının qeydə alınmasından dərin sarsıntı keçirdiyini bəyan edib:

"Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq, bu faciə ilə bağlı qardaş ölkə xalqına, o cümlədən gürcüstanlı həmkarlarıma dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirəm.

Gürcüstan və Azərbaycan xalqları daim mehriban qonşuluq şəraitində yaşamış, ortaq dəyərləri və prinsipləri paylaşmışlar. Bu xalqlar bir-birilərinin sevincli anlarına şahidlik etdikləri kimi, faciələrinin ağrılarını da birgə yaşamış, bir-birilərinin acılarına təskinlik verərək dərdlərini ovutmuşlar. İnanıram ki, bu hadisənin üzüntüsü də bizləri birləşdirəcək, yeni gün uğrunda mübarizəyə səsləyəcəkdir.

Bir daha "Leogrand” hotelində baş vermiş yanğın nəticəsində dünyasını dəyişənlərin doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan səbr diləyirəm".

Şərhlər

XƏBƏR LENTİ