XalqXəbər.Az

Prezident sərəncamda dəyişiklik etdi

yüklənir...
Prezident sərəncamda dəyişiklik etdi
20-11-2017, 19:37
yüklənir...

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Məlumata görə, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “İltimas Məmmədov - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” və “İlqar Fəti-zadə - Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini” sözləri çıxarılıb ; “Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözlərindən sonra “Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti”, “Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” və “Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri əlavə edilib; “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilib.

Xarici İşlər Nazirliyinə sərəncamda edilən dəyişikliklər barədə Özbəkistan tərəfinə bildiriş göndərmək tapşırılıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.