SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » SOROS-un Azərbaycana qarşı qərəzi ifşa olundu - FAKT

SOROS-un Azərbaycana qarşı qərəzi ifşa olundu - FAKT

Tarix:

16-11-2017, 18:43

/ 1 282 dəfə oxundu.
SOROS-un Azərbaycana qarşı qərəzi ifşa olundu - FAKT

Açıq Cəmiyyət Avropa Siyasəti İnstitutu tərəfindən SOROS Fondunun maraqlarını müdafiə edə biləcək Avropa Parlamenti üzvlərinin siyahısı açıqlanıb.

Siyahını Açıq Cəmiyyət Avropa Siyasəti İnstitutunun sorğusu əsasında KUMQUAT konsaltinq şirkəti hazırlayıb. Sorğu əsasında hazırlanmış siyahı ilə aşağıdakı keçiddə tanış olmaq olar:

https://legacy.gscdn.nl/archives/images/soroskooptbrussel.pdf

Maraqlı və bir o qədər də təəccüb doğurmayan məqam budur ki, siyahıda adı açıqlanmış Parlament üzvləri arasında Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və mütəmadi əsasda tənqidi mövqedən çıxış edən deputatlar da vardır.

SOROS Fondu ilə əməkdaşlıq edən və Avstriyanın özünü ilk bəyan etmiş homoseksual siyasətçisi olan Ulrike Lunacekin qurumun sessiyasının açılış iclasına azərbaycanlı hüquq müdafiəçilərinin şəkilləri olan köynəklə qatılmasının da səbəbi və addımının əsl sifarişçisinin kimliyi məlum olur. Cinsi azlıqların nümayəndəsi və aktiv müdafiəçisi olan U.Lunacek Avropa Parlamentində Azərbaycan əleyhinə qurulan bütün oyunların fəal iştirakçısı, çox vaxt isə təşəbbüskarıdır. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş və bu səbəbdən “Arzuolunmaz şəxslər siyahısı”na salınmış Eleni Theocharous vəFrank Engel də SOROS Fondu ilə əməkdaşlıqdan bəhrələnənlərdəndir. Səfərin maliyyələşdirilməsində məsul olan Fond Azərbaycana qarşı qərəzli “qarayaxma kampaniyası”nın da əsas hərəkətverici qüvvəsidir.

SOROS Fondunun digər əlaltısı Niderlanddan olan Kati Piri əvvəlki iş yeri olan Çoxpartiyalı Demokratiya üzrə Hollandiya İnstitutunda çalışdığı müddətdə Ermənistanda olduğunu və Ermənistan partiyaları ilə yaxın münasibətlər qurduğunu özü etiraf etmişdir.

Ermənipərəst koalisiyanın öncül üzvü olan Kati Piri havadarlarının sifarişini yerinə yetirməklə, I Avropa Oyunları ilə bağlı aparılan əks-təbliğat kampaniyasında xüsusi canfəşanlığı ilə seçilirdi. SOROS Fondunun digər əlaltılarından olan və təbii olaraq, anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan deputatlardan Andrey Kovatcev, Charles Tannock, Petras Austrevicius, Johannes Cornelis van Baalen, Ana Gomes, Maritje Shaake siyahının sakinlərindəndir.

AzNews.az

Şərhlər

XƏBƏR LENTİ