SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarıldı - YENİLƏNİB

Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarıldı - YENİLƏNİB

Tarix:

16-11-2017, 15:41

/ 2 960 dəfə oxundu.
Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarıldı - YENİLƏNİB

“İşdə yol verdiyim nöqsanlara görə vəzifədən kənarlaşdırılmağım barədə xəbər həqiqəti əks etdirmir”.

Bunu “Report”a Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin sabiq rəisi Eldəniz Əliyev deyib.

O, müqavilə müddəti bitəndən sonra öz istəyi ilə işdən ayrıldığını bildirib: “Məni işdən çıxarmayıblar, özüm çıxmışam”.

E.Əliyev barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində onunla bağlı materialların toplanması barədə yazılanların da düzgün olmadığını deyib: “Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmovla aramda mübahisə yaranmayıb. Əksinə, biz Rüstəmovla ailəvi dostuq, bu gün də yaxşı münasibətlərimiz var. Mən Şahdağ Polis Bölməsinin əməkdaşlarına yaxından köməklik göstərdiyim üçün Daxili İşlər Nazirliyi tərəfindən “Təşəkkürnamə” almış bir şəxsəm”.

“Report” Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmova da müraciət edib. Lakin o, bu mövzuda açıqlama vermək istəmədiyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ