Xəbər verdiyimiz kimi bu gün birinci vitse-prezident Mehriban Əliyevaya daha bir köməkçi təyin edilib. Gündüz Kərimov bu təyinatla birinci vitse-prezidentin dördüncü köməkçisi olub.
Gündüz Kərimov Baker McKenzie və Bakı ofisinin idarəedici tərəfdaşı olub.
Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.
G. Kərimov 2000-ci ildən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsidə Azərbaycanın rəsmi nümayəndəsidir.