yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Müsavat hüquqşünasların noyabrın 18-nə təyin etdiyi mitinqi dəstəkləyir

Müsavat hüquqşünasların noyabrın 18-nə təyin etdiyi mitinqi dəstəkləyir
13-11-2017, 22:33 46 063 dəfə baxılıb

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə İraq və İranın sərhəddində baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilib.

İclasda Divan üzvü Razim Əmiraslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

Başqan Arif Hacılı noyabrın 8-9-da Brüssel şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən müzakirələr barədə ətraflı danışıb.

Divanda məhkəmə çəkişmələrində Nümayəndəlik İnstitutunun ləğv edilməsi cəmiyyətin maraqlarına zərbə kimi qiymətləndirilib. Hüquqşünasların 18 noyabr tarixdə bu dəyişikliyə etiraz olaraq təyin etdiyi kütləvi aksiyanın tələblərinin dəstəkləndiyi qeyd edilib.

Divan üzvü Gülağa Aslanlı Gəncə şəhər təşkilatının üzvləri ilə görüş və Yevlax, Mingəçevir təşkilatlarında keçiriləcək konfranslar haqqında məlumat verib.

Divan iclasında ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərə münasibət bildirilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: mitinqi, destekleyir, Musavat, etdiyi, 18 ne, teyin, noyabrin, huquqshunaslarin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ