yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputatlığa namizədlə bağlı tələblərdə YENİLİK

Deputatlığa namizədlə bağlı tələblərdə YENİLİK
4-11-2017, 10:36 90 284 dəfə baxılıb

Milli Məclisə seçkilərin təyin edilməsi və seçkilər zamanı namizədin qeydə alınması qaydaları da dəyişdirilir.

Bununla bağlı Seçki Məcəlləsinin 145-ci (Milli Məclisə seçkilərin təyin edilməsi) və 148-ci (Milli Məclisə seçkilər zamanı namizədin qeydə alınması) maddələrinə dəyişiklik təklif edilir.

Təklif olunan dəyişikliyə görə ( 145.1-ci maddə) Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 98.1-ci maddəsinin II hissəsinin ikinci cümləsinə, 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Digər təklif olunan dəyişiklikdə (148.6-cı maddə) isə göstərilib ki, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyalarına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirə ediləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: namizedle, teleblerde, YENLK, bagli, Deputatliga
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ