SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev Yaponiya baş nazirinə məktub göndərib

İlham Əliyev Yaponiya baş nazirinə məktub göndərib

Tarix:

2-11-2017, 17:41

/ 89 231 dəfə oxundu.
İlham Əliyev Yaponiya baş nazirinə məktub göndərib

Azərbaycan prezidenti İlham Əliyev Şinzo Abeni yenidən Yaponiya baş naziri seçilməsi münasibəti ilə təbrik edib.

Məlumata görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab baş nazir, Yaponiyanın baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm”.

Şərhlər

XƏBƏR LENTİ