SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bakıda Azərbaycan, Türkiyə və İranın XİN rəhbərinin üçtərəfli görüşü keçiriləcək

Bakıda Azərbaycan, Türkiyə və İranın XİN rəhbərinin üçtərəfli görüşü keçiriləcək

Tarix:

2-11-2017, 17:06

/ 88 082 dəfə oxundu.
Bakıda Azərbaycan, Türkiyə və İranın XİN rəhbərinin üçtərəfli görüşü keçiriləcək

Dekabrın 20-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə diplomatik mənbədən xəbər verilir,

Məlumata əsasən, İranın XİN rəhbəri Bakıda azərbaycanlı və türkiyəli həmkarları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə üçtərəfli görüşdə iştirak etmək üçün səfərə gələcək.

Azərbaycan, İran, Türkiyə üçtərəfli görüşündə regional problemlər və qarşılıqlı münasibətlərin inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ