SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında

İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında

Tarix:

2-11-2017, 16:21

/ 88 673 dəfə oxundu.
İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında

Azərbaycan prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında yer alıb.

Ən nüfuzlu 500 müsəlmanın adı olan növbəti siyahı ("The Muslim 500-2018") Corctaundakı müsəlman-xristian Anlaşma Mərkəzinin dəstəyi ilə Əmmanın Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunub.

Ən nüfuzlu 500 müsəlmanın sırasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və muğam ustadı (xanəndə) Alim Qasımov da yer alıb.

"The Muslim 500" reytinq siyahısına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çeçenistanın rəhbəri Ramzan Kadırov, Tacikistan prezidenti Emomali Rəhmon, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov da daxil olub.
İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında
İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında

Şərhlər

XƏBƏR LENTİ