yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qanuna dəyişiklik parlamentdə etirazla qarşılandı

Qanuna dəyişiklik parlamentdə etirazla qarşılandı
31-10-2017, 15:00 59 499 dəfə baxılıb

Mətbuatda bir müddətdir müzakirə olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik haqda layihə Milli Məclisdə müzakirəyə çıxarılıb.

Qanun layihəsi haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, qanun layihəsinin təşəbbüskarı Ali Məhkəmənin sədri tərəfindən parlamentə təqdim edilib:

“Layihə ilə bağlı komitədə müzakirələr aparılıb. Bu layihə özündə mütərəqqi müddəaları ehtiva edir. Xüsusilə inzibati və mülki prosessual Məcəllədə məhkəmə baxışlarının daha sürətli keçirilməsi ilə bağlıdır. Ancaq vəkillik instituna gəlincə, hesab edirik ki, tamamilə düzgün olaraq Avropa praktikası nəzərə alınmaqla fiziki şəxslərin nümayəndəliklərinin məhdudlaşdırılması təklif olunur. Bir çox ölkələrdə vətəndaşaların nümayəndələri yalnız vəkil ola bilər. Bir qurp ölkələrdə isə müəyyən qrup müstəsna təşkil edə bilər. Bizim qanunda isə bu yaxın qohumlardır.

Vəkillərin sayının az olması bu keçidin qısa zamanda həyata keçirilməsiə mane ola bilər. Ona görə də qanuna keçid müddəaları əlavə olunub. Təklif olunur ki, məhkəmələrdə baxılmaqda olan işlər mahiyyəti üzrə həll edilənədək bu dəyişiklik onlara şamil olunmur. Belə bir keçid müddəası Ukraynada olduğu kimi bizdə də mərhələli şəkildə olmasını labüd edir. Ona görə də hesab edirəm ki, keyfiyyətli hüquqi yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir.

Dekabr ayında Vəkillər Kollegiyasınlın konfransı keçiriləcək. Qanunun qüvvəyə minməsi tarixinin yanvarın 1-də həyata keçirilməsi qısa zamanda bir sıra işlərin həyata keçməsinə səbəb olacaq”.

Deputat Zahid Oruc çıxışında qanunun əleyhinə səs verəcəyini bildirib. O qeyd edib ki, bu gün vəkillərin əksəriyyəti Bakıda fəaliyyət göstərir: “Rayonlar üzrə cəmi 224 vəkil var. Bu çox az rəqəmdir. Nə qədər məhkəmədə mülki işlər var.

Vəkilləri nisbətən imkanlı insanlar tutur. Nisbətən az imkanı olanlar nümayəndələrə həvalə edirlər. 10 minə yaxın da nümayəndə var. Onlar məhkəmələrlə bağlı xüsusi informasiyalara malikdirlər. Sabah dövlətə qarşı çıxa bilərlər. Bu qədər adamı dövlətlə qarşı-qarşıya qoymaq olmaz. Sabah onlar Avropa Məhkəməsinə də müraciət edəcəklər”.

Deputat Fazil Mustafa da qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib: “Vəkillərin sayını bu illər ərzində 1000 nəfərə çatdıra bilməmişiksə, bir ay ərzində onların sayının 5000-ə çatması illüziyadır”.

Müzakirələr davam edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: parlamentde, qarshilandi, etirazla, deyishiklik, Qanuna
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ