SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident İrana gedəcək

Prezident İrana gedəcək

Tarix:

10-02-2017, 09:51

/ 1 521 dəfə oxundu.
Prezident İrana gedəcək

Azərbaycan prezidenti İlham Əliyev mart ayında İrana səfər edəcək.

Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İslam İnqilabının 38-ci ildönümümünasibətilə mətbuat konfransında məlumat verib.

“Cari ilin mart ayında prezident İlham Əliyevin İrana səfəri gözlənilir”, - deyə C.Cahangirzadə bildirib. Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı və İranın Bakıdakı səfirlikləri səfərin tarixi və proqramı üzərində iş aparır.

Səfir əlavə edib ki, İran və Azərbaycan prezidentləri o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammiti çərçivəsində 1 mart tarixində İslmabadda görüşəcəklər. “Həmçinin, İran prezidentinin Rusiyaya səfəri planlaşdırılır”, - deyə C.Cahangirzadə vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ