SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İqtidar-müxalifət dialoqu yenidən gündəmə gəldi

İqtidar-müxalifət dialoqu yenidən gündəmə gəldi

Tarix:

14-10-2017, 11:32

/ 88 436 dəfə oxundu.
İqtidar-müxalifət dialoqu yenidən gündəmə gəldi

Seçki ilində partiyaların bloku formalaşa bilər

2018-ci il yaxınlaşdıqca, seçki ilində müxalifət partiyalarının seçki bloku, birlik formalaşdırmasının mümkün olub-olmayacağı məsələsi gündəmə gəlir.

ADP sədri Sərdar Cəlaloğlu bu barədə “Yeni Müsavat”a bildirdi ki, seçki ilində siyasi partiyaların blok, ittifaq qurması vacibdir. Seçkilərə yaxınlaşdıqca bütün ümumi müxalifəti əhatə eləməsə də müxalifət partiyalarının bir qismini əhatə eləyən ittifaq meydana çıxa bilər.

Bəs blok konkret namizədin ətrafında yaradılmalıdır, yoxsa ittifaq qurulduqdan sonra seçkiyə az qalmış namizədini müəyyənləşdirməlidir?

ADP sədri hesab edir ki, hər iki variantın üstün tərəfləri var: “Məsələn, biz gördük ki, Fransada əvvəlcə bir namizəd meydana çıxdı, ətrafında bir blok formalaşdırdı və prezident seçkilərində həmin blokla iştirak edib qalib gəldi. Müxalifət öncə bir araya gəlib birlik yaradıb sonra öz içərisindən bir namizəd seçib bu şəkildə seçkiyə qatıla da bilər. Birinci variant o zaman asan və uğurlu ola bilir ki, namizəd ciddi resurslara malik olsun. Ona sadəcə seçki kampaniyasını təşkil eləmək üçün kadrlardan ibarət blok lazım olsun. İkinci halda isə namizəd çox da güclü olmaz, amma partiyalar öz güclərini birləşdirməklə seçkidə onun qələbəsinə çalışır. Bu iki variantdan hansının üzərində dayanılması namizədin kimliyindən asılı olacaq. Ortada kifayət qədər güclü fiqur olacaqsa onun ətrafında öncədən bloka yaranacaq”.

S.Cəlaloğlu onu da dedi ki, hakimiyyətlə siyasi partiyaların dialoqunun baş tutub-tutmayacağına gəlincə, biz dialoqdan imtina etmədiyimizi dəfələrlə bəyan etmişik: "Hakimiyyət seçki ilində siyasi partiyalarla dialoqda maraqlı olacaqsa, məsələ reallaşacaq. Yəni dialoq məsələsində əsas söz hakimiyyətdədir".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə hələ ki seçki bloku yaratmaq barədə düşünmədiklərini bildirib. Eyni zamanda deyib ki, amma partiyası bütün təşkilatlarla funksional əməkdaşlığa həmişə açıqdır.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirdi ki, müxalifətin ciddi koordinasiyasına, seçkilərlə bağlı vahid platformadan iştirakına ciddi ehtiyac var. Seçki blokunun yaranması seçki ilində vacibdir: “Amma indiki seçki qanunu, indiki siyasi münasibətlər, vətəndaşların indiki apatiya vəziyyətində seçkilərdə iştirak müxalifətin hakimiyyətin demokratiya dekorasiyasında iştirakından başqa bir şey olmaz. Ən azı normal mübarizə üçün şans olsa müxalifətin vahid namizədlə bir blokda seçkiyə qatılması doğru olar. Zənnimcə, müxalifətin vahid namizədi bu hakimiyyətlə ortaqlığı olmayan, ölkədə hüquqi, demokratik, təminatlı cəmiyyətin qurulmasına intellekti və əqidəsi imkan verən birisi olmalıdır. Müxalifətin namizədinin qalib gəlməsi üçün cəmiyyətin əksəriyyətinin inana biləcəyi, müdafiə edəcəyi bir namizədə ehtiyac var. Blok da məhz beləsinin ətrafında yaradıla bilər”.

Şərhlər

XƏBƏR LENTİ