yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir - Prezident İlham Əliyev

Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir - Prezident İlham Əliyev
13-10-2017, 12:49 97 688 dəfə baxılıb
yüklənir...

Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Çox şadam ki, ölkəmizə səfərə gəlmisiniz. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında qısa görüşümüz olub. Dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə minnətdaram. Bu, ölkəmizə Sizin ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq.

Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq".

Prezident İlham Əliyev bildirib ki, Bolqarıstan bizim üçün çox sıx tərəfdaşdır, dost ölkədir: "Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız uğurla davam edəcək.

Sizə Azərbaycanda xoş səfər arzulayıram. Bir daha ölkəmizə xoş gəlmisiniz".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Azerbaycan, dost, lham, six, Prezident, terefdashdir, Eliyev, Bolqaristan, olkedir, uchun, chox
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ