SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev Çin sədrinə məktub göndərib

İlham Əliyev Çin sədrinə məktub göndərib

Tarix:

30-09-2017, 20:47

/ 78 200 dəfə oxundu.
İlham Əliyev Çin sədrinə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə təbrik məktubu göndərib.

xalqxeber.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasındakı siyasi təmasların yüksək səviyyəsi, iqtisadi sahədə qarşılıqlı surətdə faydalı əməkdaşlığımız, daim genişlənən humanitar, mədəni əlaqələrimiz ikitərəfli münasibətlərimizin səciyyəvi cəhətlərindəndir.

İnanıram ki, ölkələrimizi birləşdirən dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli müstəvidə qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və firavanlıq diləyirəm".

Şərhlər

XƏBƏR LENTİ