SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əliyevdən Merkelə təbrik məktubu

Əliyevdən Merkelə təbrik məktubu

Tarix:

26-09-2017, 10:51

/ 39 224 dəfə oxundu.
Əliyevdən Merkelə təbrik məktubu

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeli parlament seçkilərində qələbəsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli xanım Federal Kansler,

Başçılıq etdiyiniz Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansının parlament seçkilərində qələbəsi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən sizə bəslənən inam və etimadın ifadəsidir.

Ümidvaram ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar əlaqələrimizin daha da möhkəmlənməsi və genişlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Şərhlər

XƏBƏR LENTİ