SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Milli Məclisin ilk iclasının vaxtı və gündəliyi müəyyənləşdi

Milli Məclisin ilk iclasının vaxtı və gündəliyi müəyyənləşdi

Tarix:

25-09-2017, 20:46

/ 48 372 dəfə oxundu.
Milli Məclisin ilk iclasının vaxtı və gündəliyi müəyyənləşdi

Azərbaycan Milli Məclisinin 2017-ci il payız sessiyasında ilk iclası oktyabrın 2-də keçiriləcək.

Məlumata görə, iclasın gündəliyinə 34 məsələ daxildir.

Gündəlikdə MM-in payız sessiyasında qanunvericilik işlər planı, Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, bir sıra sənədlərin ratifikasiyası, “Polis haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İpoteka haqqında”, “Yol hərəkəti haqqında”, “Əmək pensiyaları haqqında” və sair qanunlara dəyişikliklər var.

Şərhlər

XƏBƏR LENTİ