SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev sabiq prezidentlə görüşdü

İlham Əliyev sabiq prezidentlə görüşdü

Tarix:

5-02-2017, 22:20

/ 1 777 dəfə oxundu.
İlham Əliyev sabiq prezidentlə görüşdü

Fevralın 5-də prezident İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.

Məlumata görə, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van der Linden Azərbaycan prezidenti İlham Əliyev ilə görüşməkdən məmnun olduğunu deyib. Vurğulayıb ki, dövlətimizin başçısının Brüsselə səfər proqramı çox zəngindir və səfər zamanı Avropa İttifaqının yüksək səviyyəli rəhbər şəxsləri ilə görüşləri mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmini vurğulayıb. Rene Van der Lindeni Azərbaycanın dostu adlandıran dövlət başçısı onun Avropa Şurası Parlament Assambleyasına rəhbərlik etdiyi dövrdə ölkəmizin bu təşkilat ilə səmərəli əməkdaşlığını məmnunluqla xatırladıb, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri kimi onun ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində və Azərbaycana investisiyaların cəlb edilməsində rolunu qeyd edib, ADA Universiteti ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Şərhlər

XƏBƏR LENTİ