SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » RAFAEL MEHRƏLİYEVİN AİLƏ BİZNESİ ÜZƏ ÇIXDI

RAFAEL MEHRƏLİYEVİN AİLƏ BİZNESİ ÜZƏ ÇIXDI

Tarix:

18-09-2017, 15:33

/ 52 946 dəfə oxundu.
RAFAEL MEHRƏLİYEVİN AİLƏ BİZNESİ ÜZƏ ÇIXDI

Bakı şəhər İH-də baş verən məmur oyunlarından bir neçə yazı dərc etmişik.
Hətta bu yazılardan sonra, Hacıbala Abutalıbovun göstərişi ilə şöbə rəisi Vidadi Əliyev mənbə axtarışına çıxıb ki, görəsən bu məlumatları 365info saytına içəridən kim ötürür.
Açığını desək biz yazdıqca məlumatların ardı səngimək bilmir. Elə bil ki, məlumat verənlərin ürəkləri neçə illərdi doludur.
Bu yazını Vidadi Əliyevdən başlayıb Vidadi Zeynalovnan bitirmək çox çətin olacaq. Çünki bu yazıda bir çox “Baksovet qəhrəmanları”nın adları çəkilir və onların əksəriyyəti Rafael Mehrəliyevin yaxın qohumlarıdır.
Yaxın qohum demişkən, bu yazının ilk qəhrəmanı Rafael Mehrəliyevin yeznəsi Eldar Şirinovdan başlamaq istəyirik.
E.Şirinovun bir neçə tikinti şirkəti var. Və həmin şirkətlər keçən ilədək Bakı şəhər İH-nin tenderlərinin qalibləri olublar. Əsas tikinti tenderləri Suraxanı rayonunda həyata keçərək məktəb və uşaq bağçaları tikilib.
Bu il Rafael Mehrəliyevin göstərişi ilə Eldar Şirinova tender verilməyib. Çünki, E.Şirinov Rafael Mehrəliyevin ailə biznesinin oyun qaydalarını pozub.
Hətta “Baksovet”dəkilərin dili ilə desək, Rafael Mehrəliyev yeznəsi E.Şirinovu cərimə meydançasına çəkib və bu metodla ona cəza növü seçib.
Bu il onun əvəzinə Suraxanı rayonunun tikinti tenderlərinin qalibləri Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə rəisi Vidadi Əliyevə yaxın olan şirkətlər olub.
Axı niyə E.Şirinov Rafael Mehrəliyev tərəfindən cərimə meydançasına çəkilsin?
Daxil olan məlumata görə, Eldar Şirinov YAXIN ADAMINA Sabunçu qəsəbəsində villa tikdirdiyi üçün Rafael Mehrəliyevin qəzəbinə tuş qəlib.
Məlumata görə Rafael Mehrəliyev Bakı şəhər İH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri vəzifəsinə keçəndə, E.Şirinov bir məclisdə deyib ki, Rafael Mehrəliyevin bu vəzifə üçün səriştəsi çox azdır.
Hətta, Eldar Şirinovun bu sözünə görə, Rafael Mehrəliyev yeznəsi ilə altı ay küsülü qalıb.
İndi də E.Şirinov öz YAXIN ADAMI üçün tikdiyi villanı Rafael Mehrəliyev görəndən sonra qəzəbini saxlaya bilməyərək E.Şirinovu cəzalandırıb.
Ancaq bu cəza növünə baxmayaraq E.Şirinov Bakı şəhər İH-nin tenderlərindən qazandığı milyonlara Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr, Çobanzadə küçəsində yerləşən “Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib, restoranın adını dəyəşərək “Favorit” qoyub. “Favorit” restoranı E.Şirinovun yaxın dostu Samir adlı şəxs tərəfindən işlədilir.
Bu obyektdən başqa, Balaxanıda Rafael Mehrəliyevə məxsus olan asfalt zavodunun içində E.Şirinovun tol, emusiya, boya və səki daşları istehsal edən sexi var. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edir.
Əldə etdiyimiz məlumata görə, hətta E.Şirinovun Günəşli qəsəbəsində mebel fabriki də var.
Bir sözlə, Bakı şəhər İH-nin tenderləri üçün bu şəxslərin hər bir ləvazimatı hazırdır.
Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Vüqar doktorun yeznəsi Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin “Qış” qarajının müdiridir.
Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik edirlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov həbs olunandan sonra, ölkə mətbuatı Vidadi Zeynalovun Rafael Mehrəliyevin dayısı olduğundan çox yazıb.
Ancaq bu şəxslərin qohumluq əlaqələrinə də aydınlıq gətirib.
Belə ki, Rafael Mehrəliyevin qardaşı, Naftalan RPŞ-nin keçmiş rəisi Mübariz Mehrəliyev Vidadi Zeynalovun bacısı qızının həyat yoldaşıdır.
Mübariz Mehrəliyevin qaynı Yaşar Bakı şəhər İH-i MKTD-nin 3 saylı xüsusi təyinatlı MKTB-nin rəisi vəzifəsində işləyib.
Vidadi Zeynalovun həbsindən üç gün sonra Yaşar Rafael Mehrəliyevin əmri ilə işdən azad olunub.
Vidadi Zeynlovun Vahid adlı qardaşı MTN-nin Tədris Mərkəzinin rəis əvəzi vəzifəsində işləyib. Vahid Zeynalovun həyatda ən böyük arzusu MTN-nin Tədris Mərkəzinin rəisi vəzifəsinə təsdiqlənərək general-mayor rütbəsi almaq olub. Ancaq onun da bu arzusu bəziləri kimi ürəyində qalıb.
Daxil olan məlumatda bildirilir ki, Vahid Zeynalovun öz yaxın ətrafına dediyinə görə, onu yuxarıya çağırıb deyiblər ki, güya o Amerika yönümlü şəxs olduğu üçün rəis vəzifəsinə təsdiq ola bilməyəcək. Hətta Vidadi Zeynalovun həbsindən sonra Vahid Zeynalov MTN-dən xaric olunub.

Bu yazıda adları çəkilən hər bir şəxsin fikrini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.


365info.az

Şərhlər

XƏBƏR LENTİ