SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Milli Şura mitinq təyin etdi – Hacıbala Abutalbova müraciət olundu

Milli Şura mitinq təyin etdi – Hacıbala Abutalbova müraciət olundu

Tarix:

15-09-2017, 11:21

/ 87 783 dəfə oxundu.
Milli Şura mitinq təyin etdi – Hacıbala Abutalbova müraciət olundu

Milli Şura sentyabrın 23-də saat 15-dən 17-dək İnaşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib

AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

AXCP sədri facebook səhifəsində canlı yayımda deyib ki,Milli Şura Baş Prokurorluqdankorrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını tələb edib.

“ Avropa Parlamenti Azərbaycanda bu korrupsiyanın, pul yuyulması əməliyyatının sonadək araşdırılması barədə qətnamə qəbul edib. Avropa Şurasının baş katibi Azərbaycanın Avropa Şurasından çıxarılmasının gündəmə gəldiyini vurğulayıb. ABŞ-da Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı sanksiyalar anons edilib. Amma, Azərbaycan iqtidarından heç bir səs yoxdur. Azərbaycan xalqı bu vəziyyətlə barışa bilməz”, o qeyd edib.

Kərimli bildirib ki, Milli Şura xalqın pullarının geri qaytarılmasını, günahkarların cəzalandırılmasını tələb etmək üçün ümumxalq mitinqi təyin edib.

Şərhlər

XƏBƏR LENTİ