SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » QMİ axund sözünü ləğv etdi: yalnız imam kəlməsi işlədiləcək

QMİ axund sözünü ləğv etdi: yalnız imam kəlməsi işlədiləcək

Tarix:

14-09-2017, 17:18

/ 105 948 dəfə oxundu.
QMİ axund sözünü ləğv etdi: yalnız imam kəlməsi işlədiləcək

"İstəyirik ki, bu "İslam Həmrəyliyi İli" çərçivəsində belə bir qərar qəbul edək ki, axund sözü yığışdırılsın, onun yerinə ancaq imam sözü işlədilsin".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında deyib.

QMİ sədri bildirib ki, axund sözü dünyada, məsələn, Türkiyədə işlədilmir.

Toplantıda QMİ sədrinin bu təklifi səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub.

Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq.

Şərhlər

XƏBƏR LENTİ