yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

AŞPA həmməruzəçiləri: "Mehman Əliyevin həbsdən buraxılması müsbət haldır"

AŞPA həmməruzəçiləri:
13-09-2017, 19:18 52 205 dəfə baxılıb
yüklənir...

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Bakıya səfər öncəsi "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasına münasibət bildirib.

AŞPA-nın saytına istinadən verdiyimiz xəbərə görə, həmməruzəçilər M. Əliyevin həbsdən azad olunmasını müsbət hal kimi qiymətləndiriblər.

Qeyd edək ki, həmməruzəçilərin sabah Azərbaycana səfəri gözlənilir. Sentyabrın 16-dək davam edəcək səfər zamanı onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.
Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər. Həmçinin, onlar həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq barədə müraciət ediblər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: hebsden, Eliyevin, AShPA, Mehman, buraxilmasi, musbet, hemmeruzechileri, haldir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ