SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentdən həmkarlarına təbrik məktubu

Prezidentdən həmkarlarına təbrik məktubu

Tarix:

31-08-2017, 20:05

/ 156 281 dəfə oxundu.
Prezidentdən həmkarlarına təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Andrey Kiskaya təbrik məktubu ünvanlayıb.

xalqxeber.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Dövlət başçısı Özbəkistan prezidenti Şavkat Mirziyoyevi də təbrik edib.

Məktubda qeyd olunur:

“Hörmətli Şavkat Miromonoviç, Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Müstəqillik yolu ilə inamla irəliləyən qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlar bizi sevindirir.

Azərbaycan ilə Özbəkistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, bu xoş fürsətdən istifadə edərək müqəddəs Qurban bayramı münasibətilə Sizə və ölkənizin bütün müsəlmanlarına ən səmimi təbriklərimi yetirirəm. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Şərhlər

XƏBƏR LENTİ