yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Əli Həsənov Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb

Əli Həsənov Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb
2-02-2017, 14:48 340 dəfə baxılıb

Fevralın 1-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ər-Riyadda İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Prezidentin köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanına səfərə dəvətə görə Kral Salman bin Əbdüləziz Al Səuda və mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfiyə təşəkkürünü bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ