yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Prezident: Azərbaycanla İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir

Prezident: Azərbaycanla İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir
24-08-2017, 14:46 108 086 dəfə baxılıb
yüklənir...

Prezident İlham Əliyev avqustun 24-də İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib.

Məlumata görə, sonra dövlət başçısı səfirlə söhbət edib.

Azərbaycan ilə İtaliya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən prezident ölkələrimizin bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə tərəfdaş olduğunu qeyd edib. Dövlət başçısı 2014-cü ildə Roma şəhərində qəbul olunmuş iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələrimizin səviyyəsini əks etdirdiyini bildirib, bunu, əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Bununla belə, o, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün bir çox imkanların mövcud olduğunu qeyd edib.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən prezident “Cənub Qaz Dəhlizi” layihəsi üzrə də işlərin uğurla davam etdirildiyini bildirib.

Əməkdaşlığımızda balansın gözlənilməsi, həmçinin ticarət dövriyyəsinin daha da artırılması üçün iqtisadi əməkdaşlığın şaxələndirilməsinin vacibliyini qeyd edən dövlət başçısı buna təkcə neft təchizatının artırılması yolu ilə deyil, ticarət əlaqələrini daha da inkişaf etdirməklə nail olmağın əhəmiyyətini vurğulayıb. Azərbaycanda çoxlu sayda İtaliya şirkətlərinin müxtəlif sahələr üzrə fəaliyyət göstərdiklərini deyən dövlət başçısı ölkəmizdə investor şirkətlərin sayının artırılması üçün də yaxşı imkanların mövcud olduğunu bildirib, bunun hər iki istiqamət üzrə ixrac məhsullarının həcminin artırılmasına xidmət edəcəyini vurğulayıb. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir Auqusto Massari bunu artıq ölkəmizə gəldiyi bir neçə gün ərzində hiss etdiyini, burada çoxlu sayda italyanlar və italyan brendləri gördüyünü vurğulayıb.

O, Azərbaycanda müşahidə olunan sabitlik, dini tolerantlıq və multikulturalizm mühitinin ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını qeyd edib. Azərbaycan ilə əlaqələrin 2014-cü ildə Romada qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əsasında daha da inkişaf etdirilməsinin İtaliya hökuməti üçün mühüm əhəmiyyət daşıdığını bildirən səfir əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi ilə bağlı aparılan danışıqlara İtaliya tərəfinin dəstəyinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı iki ölkə arasında iqtisadi, kosmik sənaye, infrastruktur layihələri, kənd təsərrüfatı, ticarət, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yüksək potensialın olduğu qeyd edilib.
Prezident: Azərbaycanla İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir
Prezident: Azərbaycanla İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir
Prezident: Azərbaycanla İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azerbaycanla, taliya, seviyyededir, Prezident, siyasi, elaqeler, yuksek, arasinda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ