SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Neftçalada idarə müdirinin şəhid ailəsinə hədə və təhqir dolu cavabları əhalidə hiddət doğurub- İmza KOMPANİYASI başladıldı-FOTO

Neftçalada idarə müdirinin şəhid ailəsinə hədə və təhqir dolu cavabları əhalidə hiddət doğurub- İmza KOMPANİYASI başladıldı-FOTO

Tarix:

18-08-2017, 11:23

/ 117 444 dəfə oxundu.
Neftçalada idarə müdirinin şəhid ailəsinə hədə və təhqir dolu cavabları əhalidə hiddət doğurub- İmza KOMPANİYASI başladıldı-FOTO

Xəbər verdiyimiz kimi, Neftçala rayon sakini, şəhid atası Məmmədov Oktay tərəfindən Neftçala rayon Elektrik Şəbəkəsinin rəisi Vurğun Şirəliyev və qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdən Azərbaycan Prezidenti İlham Əliyevə şikayət etmişdi. (buna bax: Neftçalada RƏZALƏT: İdarə rəisindən şəhidə sayqısızlıq) Qeyd onunan problem: şəhid qardaşı Məmmədov İlyasın mağazasında Neftçala rayon Elektrik Şəbəkəsinin işçisi qəsdən işıq prombunu qırıb cərimə yazması, idarənin müdirinin hədə-qorxuları və şəhidi ələ salması ilə bağlı yazı dərc edilmişdi.
Şirəliyev qardaşları haqqında KİV-də yayımlanan xəbərdən sonra cavabları daha kəskin olub. Beləki, şəhid ailəsinin ruzi qapısı olan mağazalarında iş fəaliyyətini əngəlləyiblər. Mağazaya gəlib elektriki kəsən işıq idarəsinin işçisi işığı kəsərək bildirib ki, "Vurğun Şirəliyev dediki məndən və qardaşım İsgəndər Şirəliyevdən prezidentə şikayət etdikləri üçün İlyası şəhid qardaşının yanına yoluyacam. Prezidentə şikayət etdilər nə oldu, mənim qardaşım prezidentlə oturub duran adamdır bizə kim nə edəcək".
Bundan əlavə mətbuatda dərc olunan xəbərlər arasında Şirəliyev qardaşlarının şəhid ailəsinə hədələrin səngimədiyini və şikayət məktublarının davamı olacağı təqdirdə daha ağır zərbə vuracaqlarını bildiriblər:"biz istədiyimizi edə bilərik. Bu ölkədə kimsə bizə söz deyə bilməz. Hara şikayət edirsiz edin".

Elektrikin dayandırılmasından sonra mağazadakı ərzaq məhsulları sıradan çıxır.
Artıq mağaza sahibi İlyas Məmmədova 2-3 min manat civarında ziyan dəyib. Elektrikin dayandırılması ilə qızmar istilərdə soyuducular çalışmadığı üçün xeyli ziyan dəyib. Şəhid atası Məmmədov Oktay bütün bu olaylardan sarsılaraq iflic keçirib.
Çarəsiz qalan şəhid ailəsi prezident PA qarşısında etiraz edəcəklərini bildiriblər.
Xatırladaq ki, şəhid qardaşına məxsus mağazada işıq plombunu qəsdən qıraraaq 296 manat cərimə yazılmasına etiraz edən qardaşına idarənin işçisi Vidadi adlı şəxs "elə etmə ki, 1000 manatda əlavə cərimə yazım" deyə bildirmişdi. Bundan sonra M.İlyas İdarənin müdiri Vurğun Şirəliyevin yanına gedərək baş verən hadisə ilə bağlı məlumat verərək , etiraz edib. "mənim qardaşım Məmmədov Elnur 1993-cü ildə Qarabağda şəhid olub. Biz bir dəfə belə olsun onun adından istifadə edib dövlətdən heç nə tələb etməmişik. Alın tərimizlə çörəyimi qazanıb ailəmi saxlayıram, amma ona belə icazə vermirsiniz". İdarə müdirinin cavabı isə "mənim qardaşımda Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdir”- deyərək gülməyə başlamışdı.
Neftçala Elekrtik şəbəkəsinin müdiri Vurğun Şirəliyevin belə rahatlıqla vətəndaşa, şəhid ailəsinə qarşı həqarətinə arxayınçıllıq qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdir. Dəfələrlə şikayətçiləri acı dillə yola salan idarə müdiri vətəndaşa, xalqa xidmət deyil, yalnız öz mənafeyi və hektarla əkin sahəsini artırmaqla məşğul olub. Uluyol.info olaraq Neftçalada elektrikin verilməsindəki fasilələr, plombların qırılıb qəsdən cərimə yazılması, qəzalı vəziyyətdəki naqillər və dirəklər haqqında araşdırma yazılar yazmağımıza baxmayaraq qaldırılan problemlər olduğu kimi qalmaqdadır.
Vurğun Şirəliyevin fəaliyyəti dövründə Neftçala rayonunda 1000 hektarlala əkin sahəsi, 50 hektardan artıq balıq nohurları, dəyəri 100 manat civarında dəyişən obyektlər və s. əldə edib. Vurğun Şirəliyev Biləsuvar rayonunda Elektrik şəbəkəsinin rəisi işləyəndə yol verdiyi nöqsanlara görə işdən azad edilib. Amma işdən çıxarılmasına baxmayaraq qardaşı İsgəndər Şirəliyevin sayəsində yenidən Biləsuvara təyin olunduğu yerdən-Neftçalada fəaliyyətini davam etdirib.
Vurğun Şirəliyevin şəhid ailəsinə qarşı hörmətsizliyi əslində başa düşüləndir. Ona görə ki, bu şəxs şəhid, şəhidlik məqamı, Allah dərgahında diri olan bəndə və s. bu kimi ilahi dəyərləri anlamır və fürsət düşdükcə sayqısızlığına davam edir. Beləki, Neftçala rayonu ərazisində ki, təxmini 45 məscid var və demək olar ki, hər bir məsciddə işıq problemi yaranıb və bəzilərində hal-hazırdada yaşanmaqdadır.
Neftçalada şəhid ailəsinə qarşı sayqısızlıq edən İdarə müdiri hiddət doğurub və rayonun ziyalıları artıq Ölkə başçısı İlham Əliyevə Neftçala Elektrik şəbəlkəsinin müdiri Vurğun Şirəliyev və qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyev barələrində ölçü götürülməsi üçün imza toplama kompaniyası başladılıb. Artıq şəhid ailələrindən kompaniyaya dəstək başlayıb.
Neftçala rayonunda işıqla bağlı uluyol.info olaraq dəfələrlə işıqlandırdığımız problemlərin olduğu kimi qalması bu idarədə yarıtmaz fəaliyyətin bariz nümunəsidir. Elektrik şəbəkəsinin yarıtmaz fəaliyyəti, dəfələrlə müdir və işçilərinin vətəndaşlarla kobud rəftarı və Azərbaycanın bütövlüyü uğrunda canını fəda edən şəhidimizin ələ salınması bu artıq yolverilməzdir.

Mövzuya qayıdacağıq...

uluyol.info
Neftçalada idarə müdirinin şəhid ailəsinə hədə və təhqir dolu cavabları əhalidə hiddət doğurub- İmza KOMPANİYASI başladıldı-FOTO
Neftçalada idarə müdirinin şəhid ailəsinə hədə və təhqir dolu cavabları əhalidə hiddət doğurub- İmza KOMPANİYASI başladıldı-FOTO
Neftçalada idarə müdirinin şəhid ailəsinə hədə və təhqir dolu cavabları əhalidə hiddət doğurub- İmza KOMPANİYASI başladıldı-FOTO
Neftçalada idarə müdirinin şəhid ailəsinə hədə və təhqir dolu cavabları əhalidə hiddət doğurub- İmza KOMPANİYASI başladıldı-FOTO

Şərhlər

XƏBƏR LENTİ