SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Siyavuş Novruzov deputatlara HİRSLƏNDİ: “Oturduğunuz stula hörmət edin!”

Siyavuş Novruzov deputatlara HİRSLƏNDİ: “Oturduğunuz stula hörmət edin!”

Tarix:

1-02-2017, 21:44

/ 1 572 dəfə oxundu.
Siyavuş Novruzov deputatlara HİRSLƏNDİ: “Oturduğunuz stula hörmət edin!”

“Son zamanlar mətbuatda bəzi həmkarlarımız qeyd edir ki, Milli Məclis işləmir. Əgər Milli Məclis işləmirsə, o zaman niyə buradan əmək haqqı, mükafat alırsan?! Milli Məclisin funksiyası qanun qəbul etməkdən ibarətdir. Ötən sessiyada 100-dən çox qanun qəbul edilib. Bu qanunların hamısı ölkə iqtisadiyyatının inkişafı, vergilərin, maliyyə sisteminin tənzimlənməsi ilə bağlıdır. İndi biz nə edək?!”.

xalqxeber.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.

“Çiyinimizə taxta- şalban götürüb daşımalıyıq ki, biz işləyirik? Yoxsa divar hörməliyik?”-deyə o, iradını dilə gətirib.

S.Novruzovun sözlərinə görə, müsahibə verən deputatlar nə dediklərini fikirlərşməlidirlər:

“Biri deyir ki, komanda dəyişməlidir. Sən kimsən ki komanda dəyişəsən? Komanda cənab Prezidentin komandasıdır. Onun nəticəsində bu gün Azərbaycanda nə qədər layihələr həyata keçirilir, regionlarımız inkişaf edir, ölkəmiz yendən qurulub, tikilib. Bunu deyənlər onların birinin funksiyasını yerinə yetirə bilər? Əgər edə bilmirsənsə, iki gün mətbuat səhifələrində qalmaqdan ötrü belə fikirlər irəli sürmək hansı məntiqə sığır? Biz parlamentli respublika deyilik.
Hərdən Türkiyəyə baxıb coşursuz. Biz prezidentli respublikayıq. Bizim borcumuz qanunları qəbul edib, onlara nəzarət etməkdən ibarətdir. Biz icranın funksiyasını yerinə yetirməməliyik. İcra funksiyasını yerinə yetirəni Azərbaycan Prezidenti təyin edir və əgər həmin şəxs vəzifəsinin öhdəsindən gəlmirsə, dərhal həmin vəzifədən azad edilir. Biz bunun dəfələrlə şahidiyi. Hətta bəziləri haqqında həbs-qətimkan tədbirləri görülüb. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır.
Bununla bağlı qurumlar var ki onlar bununla məşğul olur. İndi kiminsə kimdən xoşu gəlmirsə və xahiş yerinə yetirmirsə, bu o demək deyil ki, biz bu məsələləri bu cür qaldırmalıyıq. Hər kəsin özünün funksiyası var. Bizim funksiyamız da qanun qəbul etməkdir. Parlamentin üzvləri beynəlxalq təşkilatlarda, başqa başqa insanlara, eləcə də ermənilərə qarşı mübarizə aparırlar. Bundan başqa daha nə etməlidirlər? Bu baxımdan düşünürəm ki, çıxış edən hər kəs öz oturduğu stula hörmət etməlidir”.

Şərhlər

XƏBƏR LENTİ