SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentdən həmkarına məktub

Prezidentdən həmkarına məktub

Tarix:

27-07-2017, 18:20

/ 113 821 dəfə oxundu.
Prezidentdən həmkarına məktub

Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskiyə məktub ünvanlayıb.

xalqxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və firavanlıq arzulayıram”.

Şərhlər

XƏBƏR LENTİ