SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Zenfiradan əri ilə bağlı sərt cavab - “…Cəzasını çəkməlidir”

Zenfiradan əri ilə bağlı sərt cavab - “…Cəzasını çəkməlidir”

Tarix:

1-07-2017, 12:09

/ 87 577 dəfə oxundu.
Zenfiradan əri ilə bağlı sərt cavab - “…Cəzasını çəkməlidir”

Müğənni Zemfira İbrahimova idmançı həyat yoldaşı Anar Heydərovun həbsinə reaksiya verib.

Sənətçi əri ilə bağlı şərh yazanlara sərt cavab verib:

“Vay-vay, nə gündəyik! Görün, bizi kimlər müzakirə edir. Heç özünüzə, ailəniz, kim olduğunuza çevirilib baxmısınız? Siz nəsiniz ki, kimisə müzakirə edəsiz. Anar Azərbaycan vətəndaşıdır.

Qanun hamı üçün alidir. İstəyir müğənninin yoldaşı olsun, istəyir siravi vətəndaş, səhv addım atıb, cəzasını çəkməlidir. Bəsdirin, elə bil Anar adam öldürüb, oğurluq edib. Anar adam deyil, səhv addım ata bilməz?”.

Qeyd edək ki, Heydərov motosikletlə avtoxuliqanlıq edib və 20 gün inzibati həbs cəzası alıb.

Şərhlər

XƏBƏR LENTİ