SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Əlikram Bayramov: Atamı, bacımı və iki övladımı itirdim

Əlikram Bayramov: Atamı, bacımı və iki övladımı itirdim

Tarix:

29-06-2017, 10:50

/ 59 390 dəfə oxundu.
Əlikram Bayramov: Atamı, bacımı və iki övladımı itirdim

ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub.

Müğənni həyatındakı ağır itkilərdən söz açıb.

“İki yaşımda atamı, sonra anamı və cavan bacımı itirmişəm. Bacım erkən yaşda dünyasını dəyişdi, 2 uşağı qaldı. Allaha şükür, hər ikisi ailə qurub. Bir qardaşım, bir bacım qalıb. 2 nəvəm var.

Həyatımda nə olubsa, səhərlər olub. Atamın meyitini də səhər gətiriblər, bacım da səhər rəhmətə gedib, anam da səhər-səhər huşunu itirib. Səhər oyananda həmişə qorxmuşam. 3 acını da səhərlər yaşamışam. Mənim övladlarım dünyaya gəldi, 2 övladım səhər rəhmətə getdi”, - deyə o bildirib.

Şərhlər

XƏBƏR LENTİ