SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Dostları Natavana görə Dadodan imtina etdi

Dostları Natavana görə Dadodan imtina etdi

Tarix:

20-06-2017, 18:14

/ 57 330 dəfə oxundu.
Dostları Natavana görə Dadodan imtina etdi

“Münasibətimiz uzun müddətdir var. Əvvəl dost idik. Sonra qərar verdik ki, ailə quraq”.

Bu sözləri açıqlamasında reper Dado (Səid Əliyev) deyib. Müğənni Natavan Həbibi ilə ailə qurmağa hazırlaşan ifaçı münasibətlərindən danışıb.

“İki il əvvəl reper Hüseyn Dəryanın xatirəsinə həsr olunan klip zamanı birlikdə çalışdınız. Sevgi münasibəti həmin ərəfədə var idi?” sualına Dado belə cavab verib: “Onda dost münasibətimiz var idi. Sevgi sonradan yarandı”.

Dado sosial şəbəkədə onlara yazılan şərhlərdən şikayətlənib: “Elə bil insanları bizim münasibət narahat edir. Şəxsi həyatdır, insan ailə qurursa, belə şeylər yazmaq olmaz. Eyni millətin insanlarıyıq, bir-birimzə dəstək olmalıyıq. İnsanlar bizim ailə qurmağımızı niyə pis qəbul edir, bilmirəm.
Hamının gözü var bizim münasibətdə. Göz adamı hər şeydən çox yıxır. Bilmirəm, aqressiv reaksiyanın səbəbi nədir. Heç kimə pisliyimiz dəyməyib. Yaxşı adam olmağa çalışmışıq, toy edənə dəstək durmuşuq. Həyatın ən böyük addımını atırıq. Bu günümüzdə bizə qarşı niyə belə edilir?”

Reper dostlarından bəzilərinin ona qarşı münasibətinin dəyişdiyini etiraf edib: “Adi insanların şərhlərini bir yana qoyaq... Hətta özümə yaxın bildiyim dostlarım da münasibətimizi biləndən sonra dəyişməyə başlayıblar.

Biz heç kimdən çəkinmirik, münasibəti gizlətmirik. Amma istəmirik ki, bu məsələ ilə gündəmə gələk. İnsanlar desin ki, özlərini reklam edirlər”.

Dado nişanlanma məsələsinin yeni kliplə bağlı olduğunu və piar üçün bu yola əl atdıqlarını deyənlərə də cavab verib: “Bir nəfər şərhdə belə bir fikir yazdı. Onun bu şərhi də “tutuzdurdu”. Birlikdə klip işimiz 2 il əvvəl oldu. İndi heç bir klip yoxdur. Hər şey gerçəkdir”.

Şərhlər

XƏBƏR LENTİ