SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Oğlum təəssüf ki, belə deyil” - Brilliant

“Oğlum təəssüf ki, belə deyil” - Brilliant

Tarix:

25-01-2017, 16:48

/ 1 681 dəfə oxundu.
“Oğlum təəssüf ki, belə deyil” - Brilliant

Xalq artisti Brilliant Dadaşova Buro 24/7 saytına müsahibə verib.

Müğənni müsahibəsində yaradıcılığını və şəxsi həyatı barədə maraqlı məqamlara toxunub.

Sənətçi bildirib ki, oğlunun tərbiyəsində tənqidçi rolu onun üzərinə düşüb:

“Oğlumun tərbiyəsində tənqidçi rolu həmişə mənim üzərimə düşüb. Atası həmişə onun dəcəlliklərinə gülürdü. Oğlumu həmişə danlayırdım deyə, məni "sarı göbələk" adlandırırdı. Bu, ən zəhərli göbələk növüdür. Əvvəllər o, hər şeyi mənimlə bölüşəndə danışdıqlarına təəccüblənirdim. Ancaq həmişə susurdum, çünki bilirdim ki, bir dəfə də olsun təəccüblənsəm, daha ondan belə açıqlıq görməyəcəm.

Belə də olurdu ki, onun danışdıqlarından içimdə hər şey sıxılırdı, ancaq bununla belə mən gülürdüm. İndi isə özümün hansı səhvlər etdiyimi görürəm. Məsələn, peşmanam ki, onu Azərbaycan deyil, ingilis məktəbinə qoymuşduq. 6 yaşa qədər müəllimlə ingilis dili dərsləri alırdı, ona görə də mən onu ingilis məktəbinə qoymaq qərarı verdim. Nəticədə onda qərbli düşüncəsi formalaşdı. İstəyərdim ki, o, bizim mədəni irsimizlə - Nizami, Füzuli, Səməd Vurğun və başqaları ilə tanış olsun.

Bir çox ailələr tanıyıram ki, uşaqları Azərbaycan bölməsində oxuyub, ancaq bununla belə onlar ingilis, fransız və alman dillərini mükəmməl səviyyədə bilirlər, Azərbaycan musiqisini sevir, yazıçılarımızı tanıyırlar. Mənim oğlum isə təəssüf ki, belə deyil”.

Şərhlər

XƏBƏR LENTİ